Sual: Sizin təşkilat jurnalistlərin döyülməsini pisləyən bəyanatla çıxış edib. Bu bəyanat haqda məlumat verməyinizi istərdik.
Cavab: Bəli, biz bəyanatımızla bu vəhşi hücumlara münasibətimizi bildirmişik. Biz vəziyyətlə bağlı nə dərəcədə narahat olduğumuzu nümayiş etdirmək istəyirik. Biz ARDNŞ işçilərinin evləri sökməsinin çəkilişini apararkən jurnalist İdrak Abbasova qarşı törədilmiş zorakılığı pisləyirik. Ona qarşı hücum yenilik deyil. Jurnalist və ailəsi aylardır ki, təzyiqlər altındadır. Sentyabr ayında biz açıqladığımız bəyanatda Abbasovun atası və anasının döyüldüyünü qeyd etmişdik. Bizi Azərbaycanda həssas məsələlərlə bağlı araşdırmalar aparan müstəqil jurnalistlərə qarşı zorakılıqların səviyyəsi narahat edir. Mülkiyyət hüquqları bu günlər Azərbaycanda olduqca həssas bir məsələdir.
Sual: Müxtəlif beynəlxalq təşkilatlar və media qruplarının tənqidlərinə baxmayaraq, Azərbaycanda medianın vəziyyəti düzəlmir. Nə etməli?
Cavab: Bəli, mətbuat azadlığının vəziyyəti düzəlməkdənsə, pisləşir. Azərbaycan bu gün bizim mətbuat azadlığı üzrə reyting siyahımızda 179 ölkə arasında162 yerdədir. Bu ən aşağı göstəricilərdəndir. Jurnallitlər və azad mətbuata qarşı repsessiyalar ciddi xarakter alıb və günü- gündən ağırlaşır.
Vəziyyətin düzəlməsi üçün ilk öncə səlahiyyətli nümayəndələr məsuliyyət daşıyanların cəzasızlığına son qoymalıdır. Əgər onlar həqiqətən də ,dedikləri kimi, jurnalistlərin hüquqlarını və mətbuat azadlığını müdafiə etdiklərini göstərmək istəyirlərsə, hücumçuları ədalət məhkəməsi qarşısına çıxarmalıdır.
Sual: Eurovision mahnı müsabiqəsi öncəsi bu son baş verənlər Azərbaycan hökumətinin imecinə təsir etmirmi?
Cavab: Əlbəttə edir. Bunu rəsmilər nəzərə almalıdır. Ümid edirəm ki, onlar bu kimi hadisələrə daha artıq diqqət yetirəcək. Eurovision mahnı müsabiqəsi beynəlxalq imegini yaxılaşdırması üçün Azərbaycana bir imkandır. İdrak Abbasovun döyülməsinə olan münasibət təəssüflər olsun ki, Azərbaycan hökumətinin özünə inamını nümayiş etdirir. Hökumət bilməlidir ki, beynəlxalq ictimaiyyət bu kimi hallara göz yummayacaq. Beynəlxalq ictimaiyyət Azərbaycanın səlahiyyətli nümayəndələrinə qarşı təzyiqlərini artıracaq.