Amerika müdafiə nazirinin müşaviri Azərbaycana gəlib

Prezident İlham Əliyev ABŞ müdafiə nazirinin müşaviri Evelin Farkasıni qəbul edib

O, prezident Əliyevlə danışıqlar aparıb
İyulun 1-də prezident İlham Əliyev ABŞ müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya üzrə müşaviri xanım Evelin Farkasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə, görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən müdafiə sahəsində uğurla inkişaf etdiyi vurğulanıb, Azərbaycan hərbçilərinin beynəlxalq sülhməramlı missiyanın tərkibində iştirakının önəmi qeyd olunub, bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.