Accessibility links

Amerika və Azərbaycanın səhiyyə tərəfdaşlığının 10 ili


Amerika və Azərbaycanın səhiyyə tərəfdaşlığı
Amerika və Azərbaycanın səhiyyə tərəfdaşlığı

ABŞ və Azərbaycan hökumətləri birgə tədbir keçirib

ABŞ və Azərbaycan hökuməti Azərbaycanda səhiyyə sahəsində tərəfdaşlığın 10 illiyinə həsr olunmuş tədbir keçirib.

Tədbirdə Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyələşdirdiyi “Azərbaycanda Səhiyyənin Gücləndirilməsi” (ASG) layihəsinin başa çatması və USAİD-nin Azərbaycanın səhiyyə sektoruna göstərdiyi yardım proqramının başa çatdığı qeyd olunub.

Amerika və Azərbaycanın səhiyyə tərəfdaşlığı
Amerika və Azərbaycanın səhiyyə tərəfdaşlığı
Amerikanın Azərbaycandakı səfir Riçard Morninqstar bildirib ki, indi Azərbaycanın bir çox səhiyyə işçiləri daha təhlükəsiz doğuşlar həyata keçirir, yeni doğulmuş körpələrə daha yaxşı qulluq edir, vərəmin aşkarlanması və müalicəsində daha yaxşı nəticələr əldə edirlər.

Səfir həmçinin qeyd edib ki, ABŞ səhiyyə və təhsilə hökumət tərəfindən daha çox sərmayə qoyulmasını və bu sərmayələrin bütün Azərbaycan xalqı üçün bəhrə verməsini istəyir.

Abt Associates tərəfindən həyata keçirilən ASG layihəsi 2007-2013-cü illərdə Azərbaycanda ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi layihəsi USAİD tərəfindən maliyyələşdirilib.

Amerika və Azərbaycanın səhiyyə tərəfdaşlığı
Amerika və Azərbaycanın səhiyyə tərəfdaşlığı
ABŞ və Azərbaycan hökuməti Azərbaycanda səhiyyə sahəsində bu tərəfdaşlıq çərçivəsində səhiyyə siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində Səhiyyə Nazirliyinin bacarıqlarının artırılması, sübutlu təbabətin klinik protokolların tətbiq edilməsi vasitəsilə təqdim olunması, elektron səhiyyə informasiya sisteminin yaradılması, bölgədəki səhiyyə xidmətləri müəssisələrinə nəzarət imkanının artırılması və vərəm sahəsində qayğı və müalicə ilə əlaqədar kompleks məlumatları özündə birləşdirən məlumat bazası – “E-TB Menecer” proqramının tətbiq edilməsi əldə olunub.

ASG layihəsi çərçivəsində Səhiyyə Nazirliyi 5000-dən çox səhiyyə mütəxəssisi üçün təlimlər təşkil edib.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı səhiyyə sahəsində əməkdaşlığın davam etdirilməsini vacib sayır.

Amerika və Azərbaycanın səhiyyə tərəfdaşlığı
Amerika və Azərbaycanın səhiyyə tərəfdaşlığı
“Layihənin başa çatmasından çox mütəəssir oldum. Azərbaycan çox sürətlə inkişaf edir. Amma, əməkdaşlıq o demək deyil ki, tərəflərin biri kasıb olmalıdır. İnkişaf etmiş ölkələrin təcrübəsinə ölkəmizin ehtiyacı var. Bu islahatları qısa zamanda həyata keçirməyə kömək edən qabaqcıl təcrübənin öyrənilməsidir”, deputat bildirib.

Tədbirdə hökumət, vətəndaş cəmiyyəti və səhiyyə sektorlarından olan 100-dən çox nümayəndələri iştirak edib.
XS
SM
MD
LG