Accessibility links

USAİD regionlardakı Məlumat Mərkəzlərini tərəfdaşlarına təhvil verib


USAİD
USAİD

Amerikanın Beynəlxalq İnkişaf Agentliyi Azərbaycanın 19 rayonunda Yeni Media Layihəsi çərçivəsində Məlumat Mərkəzləri təsis edib.

Bu gün 19 İcma Məlumat Mərkəzi imzalanan memorandumlara əsasən yerli tərəfdaşlara təhvil verilib. Şirvan, İmişli, Sumqayıt, Quba, Qazax, Şəki, Gəncə, Zaqatala, İsmayıllı, Mingəçevir, Lənkəran, Tovuz, Tərtər, Bərdə, Ucar, Göyçay, Masallı, Xaçmaz və Şəmkirdə yerləşən həmin mərkəzlər IREX tərəfindən USAID-in maliyyələşdirdiyi Azərbaycan Yeni Media Layihəsi çərçivəsində təsis edilib və yerli QHT tərəfdaşlar tərəfindən idarə olunur. Bu barədə Amerikanın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) məlumatında deyilir.
Xəbərdə qeyd edilir ki, Azərbaycanda internetdən istifadənin getdikcə artmasına baxmayaraq, internet xidmətləri, xüsusən də rayonlarda baha olaraq qalır və internetdən əksər hallarda internet klublarda və iş yerlərində istifadə olunur. Bu boşluğu doldurmaq üçün, USAID-in dəstəyi ilə IREX yerli təşkilatlarla əməkdaşlıq edərək, 19 mərkəzi kompüterlər, internetə çıxış və WI-FI qurğuları ilə təmin edib. Həmin mərkəzlər kurslar və internetdən pulsuz istifadə xidmətlərini təklif edir.
Təhvil edildikdən sonra mərkəzlər xidmətləri təklif etməyə davam edəcək, lakin onlardan bəziləri ödənişli olacaq. Bu xidmətlərə kompüter və internet kursları, dil kursları, rəqəmsal media vasitələrinə dair təlim, xaricdə təhsil imkanları barədə məsləhətlər, veb səhifələrin tərtib edilməsi, tədbirlər üçün yerin icarəsi, elektron hökumət xidmətləri və onlardan istifadəyə dəstək, yerli biznes qurumları üçün iş axtaranlara dair məlumat bazası, mühasibatlıq kursları, proqram təminatından istifadə daxildir.
“USAID fəxr edir ki, tərəfdaşlarımız həmin mərkəzlərə rəhbərliyi öz üzərinə götürəcək və öz icmalarına xidmət göstərməyə davam edəcək qədər inkişaf edib”, deyə USAID-in Azərbaycan üzrə missiya direktoru Maykl Qrin qeyd edib.
USAİD bildirib ki, son üç ayda 27000-dən artıq insan İcma Mərkəzlərinə baş çəkib və 100-dən artıq dəyirmi masalar keçirib. Eyni zamanda, 100-ə yaxın insan davam edən kompüter və internet kurslarında iştirak edir.
“Mərkəzlərə gələnlərin əksəriyyətini gənc qadınlardır. Onlar deyir ki, burada özlərini təhlükəsiz və rahat hiss edirlər, habelə yeni biliklər əldə edərək və maraqlarını inkişaf etdirərək buradakı mehriban mühitdən zövq alırlar”, deyə layihənin rəhbəri və IREX-in nümayəndəsi Ancela Nikoara vurğulayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG