Blinkenin son bəyanatı, ABŞ-Azərbaycan münasibətlərinin durumu - Ələkbər Raufoglu ilə söhbət

Your browser doesn’t support HTML5

Vaşinqtonda fəaliyyət göstərən jurnalist Ələkbər Raufoğlu dövlət katibi Blinkenin Azərbaycanla bağlı son bəyanatı və Birləşmiş Ştatların Azərbaycanda insan hüquqlarının durumu ilə bağlı narahatlıqları haqda danışıb.

ABŞ Azərbaycan hökumətini insan hüquqlarını müdafiə etdiklərinə görə harsız yerə həbs edilənləri azad etməyə çağırıb. Dövlət katibi Antoni Blinkenin bəyanatında təkcə son həbslər deyil, eyni zamanda azərbaycanda vətəndaş cəmiyyətinə və mediaya qarşı təzyiqlərin artması ilə bağlı dərin narahatlıq ifadə olunub. Azərbaycan Xarici İşlər Nazirliyi Blinkenin bəyanatını qərəzli hesab edərək, rədd etdiyini bildirib.

Blinken bəyanatı Vaşinqtonda dekabrın 10-da Dövlət Departamentində 2024-cü ildə insan hüquqları müdafiəçisi mükafatları, dekabrın 9-da isə korrupsiyaya qarşı mübarizə çempionları mükafatınaın təqdimatı mərasimlərindən sonra verib. Tanınmış hüquq müdafiəçisi Rüfət Səfərov insan hüquqları müdafiəçisi və jurnalist Sevinc Vaqifqızı isə bu il korrupsiyaya qarşı mübarizə çempionu mükafatlarına layiq görülüb, lakin Azərbaycanda həbsdə olduqları üçün tədbirdə iştirak edə bilməyiblər.

Vaşinqtonda fəaliyyət göstərən jurnalist Ələkbər Raufoğlu ABŞ dövlət katibinin son bəyanatı, Azərbaycanda həbsdə olan tanınmış hüquq müdafiəçisi Rüfət Səfərov və jurnalist Sevinc Vaqifqızının ABŞ-da mükafatlara layiq görülməsi və Birləşmiş Ştatların Azərbaycanda insan hüquqlarının durumu ilə bağlı narahatlıqları haqda danışıb.