COP29 məkanında ekofəallar “Ödəyin!” şüarı ilə daha bir aksiya keçirib

COP29 məkanında ekofəalların “Ödəyin!” şüarı ilə aksiyası

Noyabrın 23-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi məkanda müxtəlif ölkələrdən olan ekofəlallar liderlərin kifayət qədər iqlim maliyyəsi ödənilməsi barədə razılığa gələ bilməməsinə etiraz olaraq daha bir aksiya keçirib.

Aksiya iştirakçıları liderlərin sonuncu müzakirələrə daxil olduğu zalın qarşısında səd çəkib və zala daxil olan lidelərə “Ödəyin!” deyə səsləniblər. Fəallar həmçinin “Biz ekoloji terrorun qurbanı olmaq istəmirik!” şüarları qaldırıb. Aksiya iştirakçıları ağızalırnı “Ödəyin!” yazılmış yapışdırıcılarla bağlıyb.

COP29 məkanında ekofəalların “Ödəyin!” şüarı ilə aksiyası

Xatırladaq ki, Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) 29-cu sessiyası üzrə danışıqlar davam edir. Liderlərin yekun qərar qəbul edəcəyi gözlənilir.