Noyabrın 23-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi məkanda müxtəlif ölkələrdən olan ekofəlallr liderlərin kifayət qədər iqlim maliyyəsi ödənilməsi barədə razılığa gələ bilməməsinə etiraz olaraq aksiya keçirib.
Aksiya iştirakçıları çıxışlarında ekologiyaya vurulan zərərin arada aldırılması üçün lazımi qədər vəsaitin mütləq ödənilməli olduğunu tələb edib.
Ekofəllar “Ödəyin!”, “Pulu düzgün istiqmətdə xərcləyin!”, “Ətraf mühiti qoruyun!” və başqa şüarlar qaldırıb.
Xatırladaq ki, Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) 29-cu sessiyası üzrə danışıqlar 24 noyabradək uzadılıb.
İştirakçılar həmin tarixə qədər yekun sənədləri razılaşdırıb imzalamağı planlaşdırırlar.
Əsas fikir ayrılıqları “Yeni Kollektiv Kəmiyyət Məqsədi” kimi tanınan iqlim maliyyələşdirməsinin həcmi ilə bağlıdır. Layihə sənədlərində təklif olunan məbləğlər 2025–2035-ci illər üçün illik 250 milyard dollardan 1,3 trilyon dollara qədər dəyişir.
Konfransın müzakirələri iqlim maliyyələşdirilməsi məsələlərinə, o cümlədən yeni qlobal məqsədin müəyyən edilməsinə və ölkələrin iqlim dəyişikliyi ilə mübarizəsini dəstəkləmək üçün maliyyə sisteminin islahatına yönəlib.
Yeni iqlim maliyyələşdirilməsi məqsədinin razılaşdırılması konfransın uğurla başa çatması və Paris Sazişi məqsədlərinə nail olmaq üçün mühüm hesab olunur.
Forum