Noyabrın 22-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi məkanda insan hüquqları müdafiəçiləri və ekofəallar aksiyalar keçirib.
İnsan haqları fəalları aksiyalarını “İnsan haqları səssizcə ölür!” şüarı ilə keçirib.
Aksiyada dünyanın müxtəlif ölkələrindən olan fəallar iştirak edib.
Çıxışlarda dünyada insanların təqib olunmasının, qanunsuz həbsinin, istismarının geniş yayıldığı qeyd edilib.
Natiqlər beynəlxalq ictimaiyyəti insanların siyasi iradəsinə görə təqib edilməsinə, həbsinə, insanların hüquqlarının siyasi rejimlər, böyük şirkətlər tərəfindən qanusuz pozulmasına, insan əməyinin istismarına biganə qalmamağa çağırıb.
Ekofəalların aksiyalarında ətraf mühitin qorunmasının vacibliyi qeyd edilib, yanacaq qazıntılarından imtina edilməsi diqqətə çatdırılıb. Etirazçılar yer kürəsinin modelini alov içində təsvir edib və yerə pullar səpələyiblər. Bunun rəmzi mənası kimi bildiriblər ki, yanacaq qazıntıları ilə pul qazanırlar, dünyanı da alova bürüyürlər. Bu zaman kloun paltarında olan insanlar yanacaq qazıntılarından sui-istifadə edənləri simvolik olaraq klounlar kimi təqdim edib.
"Neftə, qaza yox, təmiz havaya ehtiyac var!", "Neftə, qaza yox, ətraf mühitə xidmət edin!", şüarları qaldırılıb.