Noyabrın 15-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi məkanda bir sıra aksiyalar keçirilib.
Aksiyalardan birində müxtəlif ölkələrdən olan ekokönüllülər “COP29-un uğursuz olmasına imkan verməyin!” şüarı qaldırıb.
Çıxışlarda sessiya iştirakçıları ətraf mühiti, ekologiyanı müdafiə edən, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına maliyyə yardımı toplanması ilə bağlı qərarların qəbuluna və qəbul edilən qərarların icrasına çağırılıb.
Xatırladaq ki, BMT Baş katibi Antonio Quterreş noyabrın 12-də COP29 konfransında itki və zərərin maliyyələşdirilməsinin tənzimlənməsi ilə bağlı yüksək səviyyəli dialoq sessiyasında deyib ki, məhvə daha çox töhfə verənlər - xüsusən də qalıq yanacaq sənayesi - böyük mənfəət və subsidiyalar əldə etməyə davam edir.
“Zərər və Zərər Fondunun yaradılması inkişaf etməkdə olan ölkələrin, çoxtərəfliliyin və ədalətin qələbəsidir. Lakin onun 700 milyon dollarlıq ilkin kapitallaşması həssas insanlara vurulan səhvləri düzəltməyə yaxın deyil. 700 milyon dollar təxminən dünyanın ən çox qazanan on futbolçusunun illik qazancıdır. Bu vəsait sentyabrda Yagi qasırğasının Vyetnamda vurduğu zərərin dörddə birini belə ödəmir. Tələb olunan maliyyə səviyyəsinə ciddi yanaşmalıyıq. Mən ölkələri Fonda yeni maliyyə vəsaiti ayırmağa çağırıram”, o qeyd edib.
Baş katib hesab edir ki, Bakıda yeni maliyyə məqsədi ilə bağlı razılaşma lazımdır.
“Dövlət maliyyəsində əhəmiyyətli artım olmalı, lazım olan trilyonlarla dolların səfərbər edilməsinə bütün aktorların cəlb edilməsi ilə aydınlıq gətirilməli, innovativ mənbələrdən istifadə - gəmiçilik, aviasiya və qalıq yanacaq hasilatı üzrə həmrəylik rüsumları verilməlidir”, o qeyd edib.
Bundan əlavə iqlim fəalları iri ekoloji çirkləndiricilərə qarşı aksiya keçirib.
“Mavi zona”da baş tutan aksiya COP29-da iştirak edən iri sənaye çirkləndiricilərinin lobbiçiliyinə qarşı yönəlib. Aksiya iştirakçıları, həmçinin ədalətli iqlim maliyyələşdirilməsinə çağırıb və ətraf mühitin çirkləndirilməsinin dayandırılmasını tələb edib.
Etirazçılar “Böyük çirkləndiricilərə təzyiq edin!”, “Ilanlardan (pis insanlar-red) canımızı qurtarın!”, “1700+ böyük sənaeye lobbiçiləri çıxarın!” şüarları qaldırıb.
Bir qrup iqlim fəalı həmçinin Afrika qitəsində ətraf mühitin çirkləndirilməsi, böyük şirkətlərin ekoloji duruma neqativ təsiri, faydalı qazıntılardan əldə edilən gəlirin bir hissəsinin iqlim fəalakətlərinin bərpasına yöndədilməməsinə etiraz olaraq aksiya keçirib.
Aksiyada “Afrikaya diqqət yetirin!”, “Kredit yox, Qrantlar!”, “İqlim maliyyəsi milyardlard yox, triliyyon olmalıdır!”, “Karbon bazarına yox, adaptasiyaya ehtiyac var!”, “İnsan Hüquqları bahasına kritik minerallar yoxdur!”, “Maliyyəyə diqqət edin!” şüarları qaldırılıb.
COP29-un Mavi zonasında habelə HƏMAS-İsrail qarşıdurması nəticəsində Qəzzada həlak olan mülki insanların xatirəsi yad edilib.
Müxtəlif ölkələrdən olan iştirakçılar Qəzada İsrail hücumları nəticəsində öldürülən mülki insanların adlarını səsləndirib.
Qəzza Səhiyyə nazirliyinin məlumatına görə, 2023-cü il oktyabrın 7-də HƏMAS-İsrail münaqişəsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 45 mindən çoxdur.