Accessibility links

Azərbaycan və Beynəlxalq Atom Enerjisi Agentliyi əməkdaşlıq memorandumu imzalayıb


Pərviz Şahbazov və Rafael Mariano Grossi memorandum imzlayıb (Mənbə: Energetika Nazirliyi)
imzalayıb.
Pərviz Şahbazov və Rafael Mariano Grossi memorandum imzlayıb (Mənbə: Energetika Nazirliyi) imzalayıb.

Noyabrın 13-də COP29-da Azərbaycan Energetika Nazirliyi ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında Əməkdaşlıq (BAEA) Memorandumu imzalanıb.

“Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında Paris Sazişi kontekstində enerji planlaşdırılması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu energetika naziri Pərviz Şahbazov və BAEA-nın Baş direktoru Rafael Mariano Grossi imzalayıb.

Energetika naziri Pərviz Şahbazov deyib ki, Anlaşma memorandumu ölkəsinin təmiz enerji keçidi və “yaşıl enerji” sahəsindəki ambisiyalarını daha da gücləndirmək niyyətinin ifadəsidir.

Azərbaycan və Beynəlxalq Atom Enerjisi Agentliyi memorandum imzlayıb (Mənbə: Energetika Nazirliyi)
Azərbaycan və Beynəlxalq Atom Enerjisi Agentliyi memorandum imzlayıb (Mənbə: Energetika Nazirliyi)

“Atoms4NetZero təşəbbüsü çərçivəsində nüvə enerjisinin, o cümlədən kiçik modul reaktorların (SMR) təmiz enerji keçidindəki potensialının təhlili üzrə əməkdaşlıq Azərbaycanın enerji sahəsinə yeni bir impuls
verəcəkdir. Bu memorandumun əsas məqsədi nüvə enerjisinin inkişafı üzrə birgə tədqiqatlar, layihələr həyata keçirməkdir. BAEA ilə əməkdaşlığımız, Azərbaycanın nüvə enerjisinin gələcəkdə tətbiqinə doğru irəliləməsini təmin edəcək və enerji sisteminin daha da şaxələndirilməsinə imkan yaradacaqdır”, nazir qeyd edib.

BAEA-nın Baş direktoru Rafael Mariano Grossi deyib ki, memorandum təmiz enerji keçidinin uğuru və davamlılığının təmin edilməsində uzunmüddətli strateji planlaşdırma və potensialın artırılması üçün vacib rol oynayacaq.

“Azərbaycanın Paris Saziş öhdəlikləri çərçivəsində nüvə enerjisinin potensialını araşdırmaq üçün birlikdə çalışmağı səbirsizliklə gözləyirik”, o qeyd edib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG