Noyabrın 13-də Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Liderlərin Fəaliyyət Sammiti çərçivəndə Birləşmiş Ştatlar Mərkəzində iqlim sahəsində beynəlxalq təhlükəsizlik, iqlim ambisiyaları, təmiz enerjiyə keçid, biznesin inkişafı, meşələrin qırılması məsələləri diqqət mərkəzində olub.
Bu gün ilk olaraq ABŞ Dövlət Departamenti və ABŞ Müdafiə Nazirliyi tərəfindən təşkil olunan “İqlim dayanıqlığı vasitəsilə qlobal təhlükəsizliyin gücləndirilməsi: İnkişaf etməkdə olan çərçivələr və strategiyalar” mövzusunda seminar keçirlib.
Bu paneldə BMT-nin İnkişaf Proqramının administratoru Akim Stayner, ABŞ Dövlət Departamenti katibinin münaqişələr və sabitləşdirmə əməliyyatları üzrə köməkçisi Enn Vitkovski, ABŞ Dövlət Departamentinin Münaqişələr və Sabitləşdirmə Əməliyyatları Bürosunun İqlim Təhlükəsizliyi üzrə baş məsləhətçisi Kayli Ober, Dövlət Departamentinin Münaqişələrin Qarşısının Alınması və Sabitləşdirilməsi Bürosunun Administratorunun böyük köməkçisinin müavini Laura Pavloviç çıxış edib.
Sessiyada Ağ Evin iqlimə dayanıqlılıq və təhlükəsizlik çərçivəsi də daxil olmaqla, son strategiya və çərçivələrinin iqlim dəyişikliyi və qlobal təhlükəsizliyin kəsişməsi ilə bağlı səylərin necə sürətləndirilməsi araşdırılıb. COP28-in yardım, bərpa və sülhə diqqət yetirməsindən irəli gələn məsələlərin sürətləndirilməsinə diqqət çəkilib.
Mütəxəssislər, ekspertlər çıxışlarında müəyyən edilmiş çərçivələrin birbaşa və dolayısı ilə iqlim təhlükələrini, xüsusən də bu risklərin ən kəskin olduğu kövrək, münaqişədən təsirlənən və iqlim baxımından həssas regionlarda həll etmək üçün beynəlxalq əməkdaşlığı və davamlılığı necə inkişaf etdirməyin lazımlılığını qeyd edib.
“Iqlim dəyişikliyi getdikcə daha çox qlobal təhlükəsizlik təhdidi kimi tanınır. Bu səbəbdən davamlılığı artırmaqla riskləri azaltmaq üçün hərtərəfli strategiya və planlara ehtiyac var”, çıxışlarda qeyd edilib.
Minilliyin Çağırışları Korporasiyası tərəfindən təşkil edilən “Aşağı karbon inkişafı və yoxsulluğun azaldılması: Minilliyin Çağırışları Korporasiyası tərəfdaş ölkələrin iqlim ambisiyalarını necə dəstəkləyir” mövzusunda konfransda Sosial Təsir, İqlim və Davamlılıq, BCG-nin sədr müavini Vendi Vuds (Wendy Woods), Minilliyin Çağırışları Korporasiyasının İnfrastruktur, Ətraf Mühit və Özəl Sektor üzrə vitse-prezidentinin müavini Conatan Riçart, Minilliyin Çağırış Hesabının icraçı direktoru Augusta Maita çıxış edib. Konfransda həmçinin ekspert Liburn Aliu Kosovoda ətraf mühit, məkan planlaşdırması və infrastruktura dair təcrübə sahəsində danışıb.
Çıxışlarda bildirilib ki, Minilliyin Çağırışları Korporasiyası (MÇK) tərəfdaş ölkələrə öz iqtisadiyyatlarını inkişaf etdirmək, yoxsulluqla mübarizə aparmaq və iqlim ambisiyalarına nail olmaqda mühüm rol oynayır. Bu tədbirdə MÇK Kot-d'İvuar, Sierra Leone və Beliz üçün aşağı karbon inkişafını dəstəkləyəcək 663 milyon dollarlıq yeni investisiyalar nümayiş etdirilib. MÇK həmçinin təbiətə əsaslanan həlləri özündə birləşdirən Mozambikdə özəl sektorla son 144 milyon dollarlıq tərəfdaşlıq da daxil olmaqla, özəl sektor investisiyalarında 20 illik tarixindən öyrənilmiş dərsləri vurğulayıb.
ABŞ Dövlət Departamenti tərəfindən təşkil olunan İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panel (IPCC) barədə NASA-nın baş alimi və baş iqlim məsləhətçisi, IPCC işçi qrupunun III həmsədri Kate Calvin, IPCC sədri Jim Skea çıxış edib.
Xatırladaq ki, İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panel BMT-nin iqlim dəyişikliyi ilə bağlı elmin qiymətləndirilməsinə cavabdeh olan orqanıdır.
Natiqlər IPCC-nin yeddinci qiymətləndirmə dövrü ərzində ən son işlərdən və tərəqqidən danışıb.
ABŞ Dövlət Departamenti tərəfindən təşkil olunan “Süni intellekt və təmiz enerji keçidi” mövzusunda paneldə Dövlət Departamenti, Enerji Resursları Bürosundan Lina Vudhaus-Lederman, Ağ Evin milli iqlim müşaviri Ali Zaidi, Davamlılıq Siyasəti üzrə baş direktor Mişel Patron, Arqon Milli Laboratoriyasının direktoru Paul Kearns çıxış edib.
Çıxışlarda bildirilib ki, süni intellektdə son nailiyyətlər enerji sisteminin dayanıqlığını, səmərəliliyini və davamlılığını yaxşılaşdırmaq üçün imkanlar yaradıb.
“Lakin texnologiyanın sürətli inkişafı süni intellektlə işləyən məlumat mərkəzlərinin elektrik enerjisinə tələbatını etibarlı və təmiz enerji resursları ilə ödəmək qabiliyyəti barədə narahatlıqları artırıb. Hazırda təxminən 12 TWh olan süni intellekt texnologiyasının elektrik enerjisinə illik tələbinin 2030-cu ilə qədər 200 TVt/saatı keçəcəyi proqnozlaşdırılır ki, bu da 23 ölkədən başqa bütün ölkələrin mövcud tələbatından çoxdur.
Konfransda süni intellektin təmiz enerjiyə keçidi zamanı yaranan imkanlar və problemlər araşdırılıb.
İnvestor Liderlik Şəbəkəsi tərəfindən təşkil olunan “Qlobal iqlim və davamlı inkişaf üçün özəl kapitalın səfərbərliyinin sürətləndirilməsi” mövzusunda müzakirələrdə ABŞ Ticarət və İnkişaf Agentliyinin baş məsləhətçisi Erik Haxthausen, ABŞ Xəzinədarlıq katibinin köməkçisi Aleksia Latourtue, İnvestor Liderlik Şəbəkəsinin baş məsləhətçisi Nik Autiello, CDPQ Global direktoru Erik Kripton, ABŞ Maliyyə Nazirliyinin İqlim, Ətraf Mühit və İnfrastruktur üzrə köməkçisinin müavini vəzifəsini icra edən Lida Fitts çıxış edib.
Bu paneldə investisiyaların ən çox tələb olunduğu inkişaf etməkdə olan bazarlarda iqlim fəaliyyətinə təkan vermək üçün özəl kapitalın səfərbər edilməsi strategiyaları araşdırılıb. Müzakirədə dövlət-özəl əməkdaşlığının rolu, qarışıq maliyyə kimi innovativ maliyyə mexanizmləri və investisiyaya hazır layihələrin hazırlanmasında texniki yardımın əhəmiyyəti müzakirə olunub. İştirakçılar hökumətlər, institutlar və investorlar arasında tərəfdaşlıqların qlobal iqlim və inkişaf məqsədlərinin sürətləndirilməsi üçün iqlim maliyyəsinin geniş miqyası əhatə etməsi barədə praktiki nümunələr ətrafında fikir mübadiləsi aparıb.
Ümumdünya Vəhşi Təbiət Fondu tərəfindən təşkil edilən “Qlobal meşələrin qırılması ilə mübarizə yolları” adlı paneldə Beynəlxalq Siyasət Koordinatoru Claudio Angelo, Dünya Vəhşi Təbiət Fondunun vitse-prezidenti Cosefina Brana Varela, ABŞ Dövlət Departamentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini Rik Dyuk, Qlobal Davamlılıq üzrə vitse-prezident Kevin Rabinovitç çıxış edib.
Çıxışlarda qeyd edilib ki, onilliyin sonuna qədər meşələrin qırılmasının dayandırılması temperaturların 1,5 dərəcə açşağı salınması gələcəyinin əlçatan olması üçün vacibdir. Natiqlər Amazon kimi kritik meşələrin qorunmasını vacib sayır. Ekspertlər hesab edir ki, genişmiqyaslı maliyyənin səfərbər edilməsinin beynəlxalq əmtəə ticarəti ilə yaxşı əlaqələndirilməsi meşələrin qırılmasının təxminən 40%-nin qarşısını ala bilər. Meşələrin qırılmasını dayandırmaq, bərpa etmək, iqlim, təbiət və insanlar üçün beynəlxalq öhdəlikləri yerinə yetirmək üçün əməkdaşlığı sürətləndirmək imkanları müzakirələrin əsasını təşkil edib.
Forum