Accessibility links

Ayxan Hacızadə enerji sahəsində ABŞ-Azərbaycan əlaqələrinə münasibət bildirib


Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə

“Azərbaycan neft-qaz ölkəsi olmasına baxmayaraq, uzunmüddətli perspektivdə yaşıl enerjiyə keçid, karbon emissiyasının azaldılması istiqamətində müvafiq tədbirlər görməyi nəzərdə tutur”.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bilidirib.

Hacızadə Amerikanın Səsinin enerji sahəsində ABŞ-Azərbaycan əlaqələri ilə bağlı sualının cavabında deyib ki, Azərbaycan tərəfindən yaşıl enerjiyə keçid istiqamətində hazırda müvafiq böyük layihələr həyata keçirilir.

XİN sözçüsü enerji sahəsində ABŞ-Azərbaycan əlaqələrinə münasibət bildirib
please wait
XİN sözçüsü enerji sahəsində ABŞ-Azərbaycan əlaqələrinə münasibət bildirib

No media source currently available

0:00 0:01:41 0:00

"Bu layihələr Azərbaycanda enerji infrastrukturunun şaxələndirilməsi istiqamətində böyük əhəmiyyət kəsb edən məsələlərdən biridir".

Mətbuat katibi deyib ki, ABŞ-də keçirilən yeni prezident seçkilərini nəzərə alaraq dəyişən administrasiyanın hansı siyasət yürüdəcəyi və hansı addımlar atacağını indidən demək çətindir.

"Şübhəsiz ki, əvvəlki dövrdə Tramp administrasiyası müvafiq olaraq bu konvensiya çərçivəsində ABŞ-nin iştirakını minimuma endirilmişdi", Hacızadə əlavə edib.

Forum

XS
SM
MD
LG