COP29-un Liderlər Sammiti başlanıb

COP29-un Liderlər Sammiti (Mənbə: BMT)

Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammiti açılıb.

Liderlər Sammitində Azərbaycan Prezidenti İlham Əliyev, BMT-nin Baş katibi Antonio Quterreş, BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) sabiq icraçı direktoru Maimuna Mohd Şərif, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan və digər dövlət və hökumət başçıları çıxış edib.

Sammitdə NASA astronavtlarının beynəlxalq kosmik stansiyadan xüsusi videomüraciəti nümayiş olunub.

İlham Əliyev (Mənbə: BMT)

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan COP29-a ev sahibliyi edən ölkə kimi seçildikdən sonra hədəfə çevrilib, Onun fikrincə ölkəsinə qarşı qarayaxma kampaniyası aparılıb.

“Özünü müstəqil QHT adlandıranlar və bəzi siyasətçilər ölkəmiz haqqında daha çox dezinformasiyanın yayılması üçün sanki bir-biri ilə yarışa girmişdilər. Əfsuslar olsun ki, ikili standartlar, digər ölkələrə dərs vermək adəti və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki bəzi siyasətçilər, dövlət nəzarətində olan QHT-lər və feyk-xəbər mediası üçün fəaliyyət metoduna çevrilib”, o qeyd edib.

Ötən il ərzində Azərbaycanda azı 14 jurnalist həbs olunub. Onlardan çoxları valyuta qaçaqmalçılığı üzrə ittihamlarla üzləşirlər.

Çox sayda beynəlxalq insan haqları təşkilatları Qərb liderlərini iqlim konfransına ev sahibliyi edən Azərbaycanın insan haqları üzrə göstəricilərinə diqqət yetirməyə çağrıblar.

Bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, “Azərbaycana xoş gəlmisiniz!
İlahm Əliyev, Azərbaycan Prezidneti

Prezident Əliyev deyib ki, onun mesajı artıq bir ildir boykot təşviq edənlərədir.

“Onlar əllərində olan bütün vasitələrdən istifadə edirlər ki, Bakıdakı COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin. Onlara pis xəbərim var: bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, “Azərbaycana xoş gəlmisiniz!”, Əliyev bildirib.

O, enerji ilə bağlı danışarkən deyib ki, Azərbaycan ixrac bazarlarına diqqət yetirir və öz tərəfdaşları birgə çalışır.

“Biz mühüm enerji təhlükəsizliyi layihələrini həyata keçirik. Bunlardan biri Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsidir. Bunun sayəsində biz yaşıl enerjini Avropaya nəql edəcəyik. Bu kabelin texniki potensialı və yeri gəlmişkən, texniki əsaslandırma işləri bu yaxınlarda bitəcəkdir. Onun imkanları dörd giqavat olacaqdır. Bu, yalnız başlanğıcdır”, o qeyd edib.

ABŞ Prezidentinin köməkçisi və Ağ Evin milli iqlim müşaviri Ali Zaidi deyib ki, çox qısa müddət ərzində ABŞ COP29-un həqiqətən vacib və dialoqu asanlaşdıra biləcək şəkildə təşkil edildiyini görüb. O ümid etdir ki, COP29 artıq qazıntı yanacaqlarından uzaqlaşmağa başlamağı açıq şəkildə ifadə edən Dubay konsensusunda formalaşmış inamın daha da gücləndiriləcəyi bir platformaya çevriləcək.

“Ümid edirəm ki, bu, Dubayda qarşıya qoyulan bərpa olunan enerji mənbələrini 3 dəfə artırmaq hədəflərində irəliləyişin olacağı COP tədbiri olacaq. Əminəm ki, dünya vacib ambisiyalar ətrafında birləşərək irəli addımlaya biləcək”, ABŞ Prezidentinin köməkçisi qeyd edib.

Antonio Quttereş (Mənbə: BMT)

BMT-nin Baş katibi Antonio Quterreş deyib ki, COP29 iqlim maliyyəsi yolundakı divarları dağıtmalıdır.

“Inkişaf etməkdə olan ölkələr Bakını boş əllə tərk etməməlidirlər. Razılaşma zəruridir. Bizə müvafiq ana uyğun yeni maliyyə hədəfi lazımdır. İqlim maliyyələşdirməsi lazımdır, əks halda, bəşəriyyət bunun əvəzini ödəyəcək", Baş katib bildirib.

Liderlər Sammiti noyabrın 13-də də davam edicək. Sammitdə onlarla dövlət və hökumət başçılarının çıxışı gözlənilir.