Accessibility links

Tramp və ticarət COP29 iqlim sammiti iştirakçılarının narahat olduğu mövzular sırasındadır


Birləşmiş Millətlər Təşkilatının illik iqlim sammiti bazar ertəsi fəaliyyətinə başlayıb. İştirak edən ölkələr maliyyə və ticarət mövzusunda sərt müzakirələr aparır. İnkişaf etməkdə olan ölkələrin hava fəlakətləri ilə bol olmuş ildən sonra iqlimlə bağlı vəsait tələblərini cəsarətlə səsləndirəcəkləri gözlənilir.

Azərbaycanın paytaxtı Bakıda bir araya gələn nümayəndə heyətləri zirvə toplantısının gündəliyində olan ən vacib məsələni - inkişaf etməkdə olan ölkələrə iqlimlə bağlı 1 trilyon dollar ayrılması ilə bağlı razılığa gəlməyi ümid edirlər.

Bununla belə sammitin danışıqlar prioritetləri hökumətlərin resursları uğrunda rəqabət, iqtisadi narahatlılqlara diqqət, Ukrayna və Qəzzada müharibələr, o cümlədən keçən həftə iqlim dəyişikliyinin inkarçısı Donald Trampın yenidən dünyanın ən böyük iqtisadiyyatına sahib olan ölkənin prezident seçilməsi olacaq.

COP29-a sahiblik edən Azərbaycanın vəzifəsi ölkələrin yeni maliyyə hədəfi ilə bağlı razılığa gələrək, bu il vaxtı bitən 100 milyard dollarlıq məbləğin əvəz edilməsidir.

Dünyanın ilk neft quyularının vətəni olan Xəzərsahili ölkə öz növbəsində keçənilki COP28 konfransında mədən yanacağından uzaqlaşmada irəliləyişi nümayiş etdirməklə bağlı təzyiq altındadır.

Azərbaycanın neft və qazdan gəliri 2023 iqtisadiyyatının 35 faizini təşkil edib. Öncəki il bu rəqəm 50 faiz idi. Hökumət deyir ki, 2024-cü ildə bu rəqəm 32 faiz olmaqla, 2028-ci ildə 22 faizə qədər enməyə davam edəcək.

Sammit başlamazdan öncə ölkələr tədbirin gündəliyini konsensusla razılaşdırıb. Bura həmçinin Çinin ticarətlə bağlı mübahisələrin gündəliyə salınması təklifi də daxildir.

Tərkibində Braziliya, Hindistan, Cənubi Afrika və Çinin olduğu BASIC ölkələr qrupu adından verilən təklif Avropa İttifaqının 2026-cı ildə qüvvəyə minəcək karbon hədləri ilə bağlı tarifləri kimi “məhdudlaşdırıcı ticarət tədbirlərinin” yaradacağı çətinliklərin ünvanlanmasını ehtiva edir.

Bu narahatlıqlara Trampın seçki kampaniyasının bütün xarici məhsullara 20 faiz, Çin məhsullarına isə 60 faiz tariflərin tətbiq edilməsi vədi də əlavə olunub.

Asiya Cəmiyyət Siyasət İnstitutunun Çin İqlim Habı direktoru Li Şuo bildirib ki, Çinin müraciəti Trampın yenidən seçilməsi nəticəsində ABŞ-ın qlobal iqlim əməkdaşlığından uzaqlaşacağı ilə bağlı siqnala cavab olaraq verilib.

Tramp iqlim dəyişikliyini hiylə adlandırıb və ABŞ-ın Paris Sazişindən - planetin istiləşməsinə səbəb olan emissiyaların azaldılmasına ilə bağlı qlobal razılaşmadan çıxaracağını vəd edib.

Avropa İttifafı və Birləşmiş Ştatların cari prezidenti Co Bayden administasiyası Çin və Körfəzin neft ölkələrinin iqlim maliyyəsinin donor ölkələri sırasına qoşulmaları üzün təzyiq göstərib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Kyiv Rusiyanın Ukraynaya qitələrarası ballistik raket atdığını bildirib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG