Talış tarixinin tədqiqatçısı İqbal Əbilov ev dustaqlığına buraxılmayıb
Your browser doesn’t support HTML5
Avqustun 31-də Səbail Rayon Məhkəməsində Belarusdan Azərbaycana gələn Azərbaycan vətəndaşı, talış tarixinin tədqiqatçısı İqbal Əbilovun ev dustaqlığına buraxılması ilə bağlı məhkəmə prosesi keçirilib. Vəkil Fariz Namazlının sözlərinə görə, Əbilov məhkəmədə özünü təqsirli bilmədiyini deyib.