Accessibility links

Haaqada Azərbaycanda həbsdə olan tədqiqatçıya azadlıq tələbi ilə aksiya keçirilib


Haaqada Azərbaycan səfirliyi qarşısında İqbal Əbilova azadlıq tələbi ilə aksiya.
Haaqada Azərbaycan səfirliyi qarşısında İqbal Əbilova azadlıq tələbi ilə aksiya.

Sentyabrın 7-də Haaqada Azərbaycanın Niderlanddakı səfirliyinin binası qarşısında Bakıda həbs edilən talış tarixinin tədqiqatçısı İqbal Əbilova dəstək məqsədi ilə piket keçirilib.

İqbal Əbilovun hüquqlarını ictimai müdafiə komitəainin məlumatında deyilir ki, piket iştirakçıları Azərbaycan hakimiyyətini təqibləri dayandırmağa və Əbilovu azad etməyə çağırıb. Onlar Əbilovun müdafiəsi üçün petisiyaya imza toplamağı davam etdiriblər.

Bu, Əbilovu dəstək üçün Avropada keçirilən ikinci aksiyadır.

Bundan əvvəl avqustun 6-da Azərbaycanın Vilnüsdəki səfirliyinin binası qarşısında Əbilovun azadlığa buraxılması tələbi ilə aksiya keçirilib.

İqbal Əbilov iyulun 22-də qohumlarını ziyarət etmək üçün Azərbaycana gələn zaman saxlanılıb. O, Azərbaycan Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281.3-cü (xarici təşkilatların və ya onların nümayəndələrinin göstərişi ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunur.

Bütün bu cinayətlərin Ermənistan xüsusi xidmət orqanlarının göstərişi ilə törətdiyi iddia edilir.

Əbilov ittihamları rədd edir və sırf elmi fəaliyyətlə məşğul olduğunu bildirir.

Dünyanın müxtəlif ölkələrindən olan alimlər Azərbaycan rəhbərliyinə müraciət edərək Əbilovun azadlığa buraxılmasına köməklik göstərilməsini xahiş edib.

Forum

XS
SM
MD
LG