Ərdəbil vilayətinin regional su şirkətinin mühafizə və istismar üzrə müavini Həmid Fəzayıli, vilayətdəki su ehtiyatlarının vəziyyətini "acınacaqlı" adlandıraraq, Ərdəbilin "susuzluq sərhədinə" çatdığını bildirib.
Tasnim xəbər agentliyinə danışan Fəzayıli deyib ki, "Hazırda Ərdəbilin su ehtiyatları sahəsində acınacaqlı vəziyyətin şahidi oluruq. Etiraf etməliyik ki, Ərdəbil susuzluq sərhədinə yaxındır."
Rəsminin ifadə etdiyi 'susuzluq sərhədi', bir bölgənin su tələbatını ödəməkdə çətinlik çəkdiyi nöqtəni göstərir. Bu sərhəd aşılarsa, su ehtiyatları həm insanların, həm də ekosistemin tələblərini qarşılamaq üçün yetərli olmaz.
SEE ALSO: Ərdəbil vilayətində su böhranı dərinləşirO, Ərdəbil düzənliyinin ölkənin qadağan olunmuş düzənliklərindən biri olduğunu da əlavə edib.
Qadağan olunmuş düzənliklər, yeraltı su ehtiyatlarının kəskin azalması səbəbindən su yığılmasının qadağan edildiyi və ya məhdudlaşdırıldığı ərazilərdir. Belə ərazilər, yeraltı sulardan həddindən artıq istifadə və suyun səviyyəsinin azalması səbəbindən böhran vəziyyətinə düşür.
Ərdəbil Regional Su Şirkətinin rəsmisi, Ərdəbil, Meşginşəhr, Muğan və Xalxal bölgələrindəki su ehtiyatlarının vəziyyətini "narahatedici" kimi dəyərləndirib.
Fəzayıli onu da bildirib ki, "ölkədə 6 milyard kubmetrdən çox yeraltı su ehtiyatı həddən artıq istismar edilib." Bu səbəbdən son illər İranda və İran Azərbaycanının vilayətlərində yer çökməsi ciddi problemə çevrilib.
SEE ALSO: Rəsmilər İran Azərbaycanının “səhralaşma” təhlükəsi ilə üzləşdiyini deyirƏrdəbil vilayətində suyun əsas istifadəsi kənd təsərrüfatına yönəlib. İran Azərbaycanı vilayətlərində köhnə becərmə üsullarının tətbiqi və dövlətin kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq siyasəti su sərfiyyatını artırır. Bunun nəticəsində, Urmiyə gölünün quruması, yer çökməsi, suyun keyfiyyətinin pisləşməsi və səhralaşma kimi ekoloji böhranlar daha da dərinləşir.