Süngün Mis Kompleksinin rəhbəri Məhəmmədcəfər Uzmayi mətbuat konfransında Şərqi Azərbaycan vilayətindəki Süngün Mis Kompleksinin "müstəqil olması" barədə yayılan xəbərlərin yanlış anlaşıldığını bildirib. Uzmayi, vilayətdə müstəqil şirkət yaradılmasının ölkə qanunlarına görə qeyri-mümkün olduğunu vurğulayıb.
Sosial mediada yayılan videoda Uzmayi, Süngün Mis Şirkətinin müstəqilliyi məsələsinin o vaxtkı prezident İbrahim Rəisinin sözlərinin səhv anlaşıldığından qaynaqlandığını qeyd edib. Onun sözlərinə görə, bu kompleksin müstəqilliyi heç vaxt müzakirə olunmayıb və belə bir addım qanunlara ziddir.
Uzmayi bildirib ki, vilayətdə İran Milli Mis Şirkətindən müstəqil bir şirkətin yaradılması mümkün deyil, lakin bu şirkətin törəmə müəssisəsi kimi fəaliyyət göstərməsi mümkündür. Onun sözlərinə görə, belə bir törəmə şirkətin yaradılması ilə bağlı hüquqi məsələlər bu ilin mart ayından bəri İran Milli Mis Şirkəti tərəfindən nəzərdən keçirilib. Nəticədə 17 bənddən ibarət problemlər və maneələr müəyyən edilib və o vaxtkı prezidentin icraçı müavininə təqdim olunub. Lakin həmin proses helikopter qəzası ilə əlaqədar müvəqqəti olaraq dayandırılıb.
Uzmayi əlavə edib ki, Azərbaycan xalqının ciddi tələbi nəzərə alınaraq, yeni hökumət Süngün Mis Kompleksi adlı törəmə şirkətin yaradılması məsələsinə yenidən baxa bilər.
SEE ALSO: İran Azərbaycanında mis şirkətinin yaradılması fərmanı mübahisələrə səbəb olub2022-ci ilin iyununda İranın o vaxtkı prezidenti İbrahim Rəisi vilayətə səfəri zamanı Şərqi Azərbaycanda müstəqil mis şirkətinin yaradılması ilə bağlı fərman imzaladığını elan etmişdi. Lakin bu məsələ müxtəlif çevrələrdə fərqli şəkildə şərh edilib. Bəzi milli fəallar prezidentin bu vədinin nəticəsiz qalacağını düşünsələr də, digərləri belə bir şirkətin yaradılması halında gəlirin bir hissəsinin vilayətdə qalacağına ümid edirdilər.
SEE ALSO: Şərqi Azərbaycanda Süngün Mis Şirkətinin yaradılması təkzib edilibÖtən ilin iyul ayında, Rəisinin vədindən təxminən bir il sonra, İran Milli Mis Şirkətinin maliyyə və iqtisadi müavini Hüseyn Təqəddüsi mətbuat konfransında müstəqil Süngün Mis Şirkətinin yaradılması ilə bağlı hər hansı planın olmadığını açıqlamışdı.
Vərziqan şəhərinin parlament nümayəndəsi isə ümumilikdə İran Milli Mis Şirkətinin Süngün Mis Kompleksi adlı bir şirkət yaratmaq istəmədiyini, çünki bunun şirkətin səlahiyyətlərini məhdudlaşdıracağını iddia etmişdi.
SEE ALSO: İran parlamentinin üzvü Süngün mis mədəninin gəlirinin bir hissəsinin Şərqi Azərbaycan vilayətinə xərclənməsinə çağırıbHazırkı prezident Məsud Pezeşkiyan isə seçki kampaniyası zamanı vilayətdə mis şirkətinin qurulacağına söz verib. Şərqi Azərbaycan vilayətində yerləşən mis yataqları ölkənin mis ehtiyatlarının yarısına malikdir. Vilayətin sakinləri hesab edirlər ki, bu mədənin resursları və gəlirləri bölgədə yetərincə xərclənmir və bu məsələdə xalqın söz haqqı olmalıdır.