Milli fəallar Həmid Purvəli və Cəlal Dehqani məhkəməyə çağırılıblar

Milli fəallar Həmid Purvəli və Cəlal Dehqani

Təbriz sakini olan milli fəallar Həmid Purvəli və Cəlal Dehqani şəhər cinayət məhkəməsinə çağırılıblar.

Bölgədəki hüquq müdafiəçilərinin sosial mediada yaydığı məlumata əsasən, iki milli fəalın elektron bildiriş vasitəsilə Təbriz Cinayət Məhkəməsinin 108 saylı şöbəsinə çağırıldığı bildirilir.

Xəbərə əsasən, Təbrizdə yaşayan milli fəallar “ictimai asayişi pozmaq (qanunsuz mitinqlərə qatılaraq ictimai asayişi pozmaq)” ittihamı ilə üzləşiblər.

Həmid Purveli və Cəlal Dehqani 16 iyul 2022-ci ildə Təbrizin Rasta Küçə məhəlləsində Urmiyə gölündə vəziyyət də daxil olmaqla, İran hökumətinin ətraf mühitlə bağlı siyasətlərinə qarşı etiraz aksiyası zamanı saxlanılan 16 fəal arasındadır.

Bu fəalların hər ikisi 3 günlük həbsdən sonra girov müqabilində müvəqqəti olaraq Təbriz Mərkəzi Həbsxanasından buraxılıb.

2022-ci ilin iyul ayında İran Azərbaycanının müxtəlif şəhərlərində o cümlədən, Təbriz, Ərdəbil, Sulduz və Qoşaçayda Urmiyə gölündə yaranan ekoloji vziyyət ilə bağlı keçirilən etiraz aksiyaları zamanı onlarla milli fəal təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alınmışdı.