Accessibility links

Milli fəal Həmid Purvəli məhkəməyə çağırılıb


Güneyli fəal Həmid Purvəli
Güneyli fəal Həmid Purvəli

Təbrizdə yaşayan azərbaycanlı milli fəal Həmid Purvəli Təbriz Ümumi və İnqilab Prokurorluğunun 15 saylı şöbəsinə çağırılıb.

Məhkəmə çağırış vərəqəsinin surəti sosial mediada paylaşılıb. Məhkəmə sənədinə görə, Purvəli yaxın 5 gün ərzində izahat almaq üçün Təbriz İnqilab Məhkəməsinə getməlidir.

Həmin məhkəmə vərəqəsində onun məhkəməyə gəlmədiyi təqdirdə fəalın həbsinə order veriləcəyi qeyd olunub. Həmçinin qeyd olunub ki, çağırılan şəxs məhkəməyə gedərkən özü ilə vəkil də gətirə bilər.

Həmid Purvəli 2022-ci ilin iyul ayının 16-da İran Azərbaycanının müxtəlif şəhərlərində Urmiyə gölündə yaranmış ekoloji vəziyyətə etiraz olaraq keçirilən aksiyalar zamanı Təbrizdə Rasta Küçəsində 15 nəfər ilə birgə nəzarət altına alınmışdı. O, iyulun 19-da Təbriz Mərkəzi Həbsxanasına köçürüldükdən sonra müvəqqəti olaraq zaminə buraxılmışdı.

Daha sonra həmin məhkəmə şöbəsi 2 nəfərin təqsirkar olduğuna, 14 vətəndaşın, o cümlədən Həmid Purvəlinin araşdırma və istintaq prosedurunun dayandırılmasına və işinə xitam verilməsinə qərar vermişdi.

İran Azərbaycanının tanınmış siyasi fəallarından olan mərhum Əziz Purvəlinin oğlu Həmid Purvəli daha öncə də fəaliyyətlərindən dolayı təhlükəsizlik qüvvələrinin müxtəlif təzyiqlərinə məruz qalıb.

Forum

XS
SM
MD
LG