Bakıda “EducationUSA” məzun sərgisi açılıb

Bakıda “EducationUSA” məzun sərgisi açılıb (Mənbə: Sosial şəbəkə)

İyunun 1-də Bakıda ABŞ-ın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Amerika Birləşmiş Ştatlarında təhsil almağa maraqlı olan orta məktəb şagirdləri və universitet tələbələri, eləcə də onların valideynləri üçün “EducationUSA” məzun sərgisi təşkil olunub

Sərgidə ABŞ-ın 35-dən çox universiteti və təhsil proqramı təmsil olunub.

Sərginin açılış mərasimində çıxış edən ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Hüqo Qevara bildirib ki, 2022-2023-cü tədris ilində 900-dən çox azərbaycanlı tələbə ABŞ-da təhsil alıb.

“Bu rəqəm ötən illərlə müqayisədə 25 faizdən çoxdur”, o qeyd edib.

Beynəlxalq Təhsil üzrə Amerika Şurasının Azərbaycandakı nümayəndəsi Jordan Troisi sözlərinə görə, 2022-2023-ci tədris ili ərzində ABŞ-da azərbaycanlı tələbələrin 45 faizi magistratura, qalanı isə bakalavriat səviyyəsində təhsil alıb.

“EducationUSA” məzun sərgisində həmçinin səfirliyin konsulluq xidmətinin əməkdaşları iştirakçılara tələbə vizaları ilə bağlı məlumat verib.