Sentyabrın 16-da Beynəlxalq Sahilyanı Təmizlik Gününü qeyd etmək məqsədilə ABŞ-nin Azərbaycandakı səfirliyinin əməkdaşları və ABŞ-da təhsil almış Azərbaycanlı Məzunlar Assosiasiyasının təmsilçiləri Coca-Cola ilə tərəfdaşlıq çərçivəsində Xəzər dənizində Bilgəh çimərliyinin ərazisinin təmizlənməsi təşəbbüsündə könüllü iştirak ediblər.
Bu barədə ABŞ səfirliyi məlumat yayıb.
Xatırladaq ki, ABŞ səfirliyinin əməkdaşları və ABŞ-da təhsil alan məzunlar hər il bir neçə dəfə Xəzər sahillərində belə könüllü təmizlik aksiyaları təşkil edir.
Forum