Accessibility links

ABŞ səfirliyi Qlobal Bakalavr Mübadilə Proqramının açıq elan edildiyini bildirir


Qlobal Bakalavr Mübadilə Proqramının məzunları (Mənbə: UGRAD proqramının veb səhifəsi)
Qlobal Bakalavr Mübadilə Proqramının məzunları (Mənbə: UGRAD proqramının veb səhifəsi)

ABŞ-ın Azərbaycandakı səfirliyi Qlobal Bakalavr Mübadilə Proqramına (UGRAD) qəbulun açıq elan edildiyini bildirib.

Səfirliyin məlumatına görə, UGRAD-a qəbul üçün 15 dekabr 2023-cü ilədək müraciət etmək olar.

“UGRAD gələcək liderlərə öz bilik və peşəkar bacarıqlarını artırmaq üçün Birləşmiş Ştatlarda tam təqaüdlü akademik və mədəni mübadilə proqramı çərçivəsində təhsil almağa imkan verir. Qlobal Bakalavr Mübadilə Proqramı (UGRAD) gələcək liderləri ABŞ-da ali təhsil almaq, kritik peşəkar bacarıqlar əldə etmək və yeni mədəniyyətləri və dəyərləri araşdırmaq imkanı verir”, ABŞ səfirliyi bildirir.

Qlobal Bakalavr Mübadilə Proqramı ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilir və World Learning tərəfindən idarə olunur.

2008-ci ildən başlayaraq World Learning bu imkanı 2500-dən çox UGRAD tələbəsinə təqdim edib. İştirakçılar öz peşələrində və icmalarında lider olmaq üçün biliklərlə ABŞ-ı tərk edirlər. Qlobal UGRAD məzunları Fulbrayt qrantlarını almağa, nüfuzlu beynəlxalq təcrübə keçməyə, öz ölkələrində, regionlarında biznes və hökumətdə işləməyə davam edirlər.

Hər il dünyanın 68 ölkəsindən olan məzunlar bu proqrama qatılır.

Forum

XS
SM
MD
LG