Birləşmiş Ştatlar Azərbaycan hakimiyyətİni ölkədə həbs edilmiş jurnalistlərin azad edilməsinə çağırıb və Azərbaycanda fərqli düşünənlərə təzyiqlərin artması ilə bağlı dəfələrlə narahatlıq ifadə edib. Keçən həftə sonu ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan prezidenti İlham Əliyevlə telefon söhbəti zamanı Azərbaycanı insan hüquqları sahəsində öhdəliklərinə sadiq qalmağa çağırıb. Vaşinqtonda fəaliyyət göstərən azərbaycanlı jurnalist Ələkbər Raufoğlu Amerikanın Səsinə müsahibədə Birləşmiş Ştatların narahatlıqları, ABŞ-ın mesajlarına reaksiyalar və rəsmi Vaşinqton tərəfindən mümkün təzyiqlər haqda danışıb.
Jurnalist Ələkbər Raufoğlu Azərbaycanda insan haqları və Vaşinqtonun narahatlqları haqda
Your browser doesn’t support HTML5
Vaşinqtonda fəaliyyət göstərən azərbaycanlı jurnalist Ələkbər Raufoğlu Amerikanın Səsinə müsahibədə Birləşmiş Ştatların Azərbaycanda jurnalistlər və fəalların həbsləri ilə bağlı narahatlıqları və rəsmi Vaşinqton tərəfindən mümkün təzyiqlər haqda danışıb.