Anar Məmmədli barəsində 3 ay 28 günlük həbs qərarı verilib
Your browser doesn’t support HTML5
Aprelin 30-da Bakının Xətai Rayon Məhkəməsi hakim Sülhanə Hacıyevanın sədrliyi ilə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli barədə 3 ay 28 gün həbs qətimkan tədbiri seçib. Bu barədə Amerikanın Səsinə vəkil Elmar Süleymanov bildirib.