Həmədan vilayətinin bizneslər palatasının sədri Məhəmməd Ərğəvan 35 iş yerinin Ramazan ayında möhürləndiyini bildirib.
Bu barədə yarı-rəsmi İSNA xəbər agentliyi məlumat yayıb.
Ərğəvan bildirib ki, 35 iş yeri "Ramazan ayına hörmət etmədiyi üçün" polis tərəfindən möhürlənib.
Rəsmi Ramazan ayının 7-ci günü şəhərdə ümumi olaraq 35 restoran olan iş yerlərinin bağlandığını açıqlayıb.
İranda restoranların Ramazan ayında orucluq saatlarında müştərilərinə xidmət göstərməsinə icazə verilmir. Yalnız bəzi restoranlar lisenziya aldıqdan sonra səyahət edənlərə və xəstələrə xidmət göstərə bilər.
Bundan əvvəl Təbrizin imam cüməsi də Təbriz şəhərindəki restoranların vəziyyətindən gileylənib, Ramazan ayında bu şəhərdə restoranların fəaliyyətinin qarşısının alınmasını tələb etmişdi.
SEE ALSO: Xameneyinin Təbrizdəki nümayəndəsi polisin hicab məsələsinə qarışmasını tələb edibİran polisi məcburi hicaba əməl edilməməsi kimi səbəblərdən müxtəlif iş yerlərini möhürləyir, ancaq Ramazan ayında bir çox kafe və restoranlar da bu ayda xidmət göstərməsi üçün bağlanır.