Martın 4-də ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Rusiya xarici işlər naziri Sergey Lavrovun Moldova və Ermənistanın Qərbin nəzarətinə keçməsi barədə dediklərini şərh edib.
Metyu Miller Turan agentliynin sualının cavabında bildirb ki, “bu açıq-aydın doğru deyil”.
Lavrov bu günlərdə Antalyada Beynəlxalq Forum çərçivəsində çıxışında deyib ki, Qərb "Ukrayna kimi Moldova rəhbərliyini də öz nəzarəti altına götürməyə çalışır".
O, həmçinin bildirib ki, Yerevan Moskvadan uzaqlaşmağa və Qərbə qoşulmağa davam etsə, Rusiya Ermənistanla münasibətlərini "ciddi şəkildə yenidən nəzərdən keçirəcək".
“Mən bu suala birbaşa cavab vermək fikrində deyiləm, baxmayaraq ki, Rusiya hökumətinin regionda sabitliyi pozan ritorikasının olduğunu gördük. Bir çox qonşuları Rusiya hökumətinin dəfələrlə göstərdiyi təhdid ritorikasından və təhdidedici hərəkətlərindən narahatdır,” Miller qeyd edib.