Accessibility links

Minlərlə insan Putinə qarşı çıxaraq, Navalnıya ehtiramını bildirib


Moskva, Rusiya. 1 mart, 2024.
Moskva, Rusiya. 1 mart, 2024.

ABŞ-ın Rusiyadakı baş diplomatı cümə günü Rusiyanın müxalifət lideri Aleksey Navalnıya ehtiramlarını çatdırıblar və deyiblər ki, o “Rusiyanın nə ola biləcəyi və olmalı olduğunun parlaq nümunəsi”dir.

Amerikanın Rusiyadakı səfiri Lin Treysi Moskvada vida mərasiminin keçirildiyi kilsəyə gedib və kilsənin önündəki məbədə qızıl güllər qoyub. Rusiya səlahiyyətliləri kilsəyə yalnız qohumlar və yaxın dostların daxil olmasına icazə verib. Treysiyə bir çox diplomatla birgə Almaniya və Fransa səfirləri də qoşulub.

ABŞ Sülh İnstitutunun Rusiya və Avropa üzrə direktor vəsifəsini icra edən Meri Qlantz Amerikanın Səsinə deyib ki, Rusiya iki il öncə Ukraynaya hərbi müdaxilə edəndən bəri müxalif səslərə qarşı təqiblərə baxmayaraq, Navalnının vida və dəfn mərasiminə qatılan izdihamın böyüklüyü onu heyrətə salıb.

“Onun dəfn olunduğu məzarlığa aparan yolda kilometrlərcə boyu ən azı minlərlə insanın toplaşdığını görə bilərsiniz. Və onlar “Biz qorxmuruq”-dan tutmuş “Müharibəyə yox”-a kimi şüarlar səsləndiriblər ki, bu heyranedicidir, çünki Rusiyada bunu söyləmək qeyri-qanunidir.”

Müşahidəçi qrup OVD-Info-nun məlumatına görə, cümə günü bir neçə şəhərdə Navalnıya ehtiramlarını çatdırdıqlarına görə ən azı 45 nəfər saxlanılıb. Ekspertlər deyir ki, Rusiya hakimiyyətinin çox sayda nəzarət videoları var və qarşıdakı günlərdə və həftələrdə daha çox həbslər ola bilər.

Əvvəl insanların Moskvada Borisovo qəbirsanlığına daxil olmalarının qarşısı alınıb, ancaq daha sonra bəziləri içəriyə buraxılıb. Navalnının tabutu Frank Sinatranın “Mənim Yolum” (My Way) mahnısının sədaları altında məzara endirilib.

Cümə günü Moskvada toplaşan izdiham Rusiya Ukraynaya hərbi müdaxilə edəndən bəri ölkədəki ən böyük etiraz yığıncağı olub. Bəzi ruslar “Müharibəni dayandırın” və “Əsgərləri evə qaytarın” şüarlarını səsləndiriblər.

Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov siyasi fiqur olaraq Navalnı haqda şərh verməkdən imtina edib. Amma o deyib ki, “Qanunsuz yığıncaqlar” qanunu pozacaq. “Ona görə də, onlarda iştirak edənlər hazırkı qanuna əsasən məsuliyyətə cəlb olunacaq.”

Navalnının komandası onun tərəfdarlarını yerli vaxtla axşam saat 7-də öz şəhərləri və qəsəbələrində gül və ya əklil qoymağa çağırıb. Qlantz deyir ki, o, bunun baş verdiyini göstərən şəkillər görüb və Putinin Navalnıdan bu qədər qorxmasının səbəbi də onun ölkə boyu bəyənilməsidir. O həmçinin Navalnının sərt, arktika həbsaxanasında qəfil ölümünün zamanlamasını sual edib və onu Putinin öldürtdüyünə inandığını deyib.

“Maraqlıdır ki, o [Putin] bunu seçkidən öncə etdi ki, məhz bu vaxt bir qurban yaratsın,” o deyib.

Rusiya onun ölümünə görə dövlətin məsuliyyət daşıdığını inkar edir, lakin ABŞ dövlət katibi Antoni Blinken və digər yüksək səviyyəli diplomatlar Putini cavabdeh tutduqlarını deyirlər, çünki Navalnı Rusiyada ən azı iki dəfə zəhərlənib və qəfil şəkildə öldüyü zaman da Rusiyada həbsdə olub.

Forum

XS
SM
MD
LG