Jurnalist və milli fəal İbrahim Rəşidi Savalanın Meşginşəhr həbsxanasında saxlanma müddəti şəhər prokurorluğu tərəfindən qeyri-müəyyən müddətə uzadılıb.
Milli fəalın qardaşı Məhəmməd Rəşidi öz İnstagram səhifəsində qardaşının Meşginşəhr həbsxanasında saxlanma müddətinin qeyri-müəyyən müddətə uzadılmasını qeyd edərək, məhkəmənin bunu "dosyesinin natamam olması bəhanəsi” ilə etdiyini bildirib.
Məhəmməd Rəşidi İnstagram hesabında Meşginşəhr məhkəməsinin girov qəbul etməməsi və İbrahim Savalanın müvəqqəti azadlığa buraxılmasına razılıq verməsi ilə bağlı yazıb ki, “bu uzunmüddətli müvəqqəti həbslərin məqsədi onu unutdurmaq və ya ailəsi vasitəsilə ona təzyiq göstərmək ola bilər".
"Amma İbrahim öz cəsarəti və inancı ilə müqavimətini davam etdirəcək", Məhəmməd Rəşidi İnstagram səhifəsində yazıb.
İbrahim Savalan yanvarın 27-də Ərdəbil Mərkəzi Həbsxanasından Meşginşəhr (Xiyav) həbsxanasına köçürülüb və Meşginşəhr Prokurorluğunun jurnalist və araşdırmaçını məhkəməyə çağırdıqdan sonra onun həbs müddətinin uzadılması və ya müvəqqəti azadlığa buraxılması barədə qərar qəbul edəcəyi bildirilib.
SEE ALSO: Milli fəal İbrahim Rəşidi Meşginşəhr həbsxanasına köçürülübİbrahim Savalanın yaxınlarının verdiyi məlumata görə, yanvarın 15-də o, Ərdəbil həbsxanasına köçürülərkən həbsxana rəhbərliyinin göstərişi ilə saçları qırxılıb. Məhəmməd Rəşidi İnstagram səhifəsində həbsxana məmurlarının bu hərəkətinin səbəbini izah edərkən, "onun mənliyində çaşqınlıq yaradaraq xarakterinə təsir etmək" məqsədilə tətbiq edildiyini qeyd edib.
İbrahim Rəşidi (Savalan) keçən il dekabrın 30-da Meşginşəhr (Xiyav) şəhərinin Mirkəndi kəndində atasının evində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək, sorğu-suala edilmək üçün Təbriz Kəşfiyyat İdarəsinə köçürülmüşdü. Məhkəmə ona qarşı “sistemə qarşı təbliğat fəaliyyəti göstərmək” və “ictimai rəyi çaşdırmaq məqsədi ilə yalan məlumat yaymaq” ittihamlarını irəli sürüb. Güneyli fəal təhlükəsizlik qüvvələrinin nəzarətində ikən sosial media hesabları bağlanıb.
İbrahim Rəşidi illərdir ki, davamlı olaraq sosial media platformalarında Azərbaycan və İranla bağlı müxtəlif məsələlər, o cümlədən siyasi, ictimai və tarixi mövzulara dair qeydlərini dərc edir və çoxlu oxucusu var.