Accessibility links

Milli fəal İbrahim Rəşidi Meşginşəhr həbsxanasına köçürülüb


İbrahim Savalan
İbrahim Savalan

Azərbaycanlı yazıçı və jurnalist dünən, yanvarın 27-də Ərdəbil Mərkəzi Həbsxanasından Meşginşəhr (Xiyav) həbsxanasına köçürülüb.

Amerikanın Səsinin əldə etdiyi məlumata görə, Meşginşəhr Ümumi və İnqilab Prokurorluğu İbrahim Rəşidinin (Savalan) müvəqqəti azadlığa buraxılması üçün girov müqabilində hələ ki, razılaşmayıb.

Meşginşəhr Prokurorluğu İbrahim Rəşidini məhkəməyə çağırdıqdan sonra onun həbs müddətinin uzadılması və ya müvəqqəti azadlığa buraxılması üçün girov götürülməsi barədə qərar qəbul edəcəyi bildirilir.

Daha önə Yanvarın 18-də İbrahim Savalan “sistemə qarşı təbliğat fəaliyyəti göstərmək” və “ictimai rəyi çaşdırmaq məqsədi ilə yalan məlumat yaymaq” maddələri ilə ittiham edilib.

Bölgədəki hüquq müdafiəçilərinin məlumatına görə, onun müvəqqəti azadlığa buraxılması üçün zəmanət məbləği müəyyən edilib, lakin jurnalistin Ərdəbil həbsxanasına köçürülməsinin üstündən iki həftə keçməsinə baxmayaraq, Meşginşəhr Prokurorluğu onun müvəqqəti azadlığa buraxılması üçün göstəriş verməyıb.

İbrahim Rəşidi keçən il dekabrın 30-da təhlükəsizlik qüvvələri tərəfindən Meşginşəhr şəhərinin Mirkəndi şəhərində atasının evində həbs edilib.

O, təqribən 2 həftə Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasında sorğu-suala çəkildikdən sonra yanvarın 15-də Ərdəbil Mərkəzi Həbsxanasına köçürülüb.

13 gündən sonra o, dünən Xiyav həbsxanasına köçürülüb və bu şəhər prokurorluğuna çağırıldıqdan sonra prokuror onun zaminə buraxılması və ya nəzarət müddətinin uzadılması ilə bağlı qərar verəcək.

Forum

XS
SM
MD
LG