Sosial şəbəkələrdə yayılan xəbərlərə görə, Yürüş Mehrəlibəylinin ailəsini Culfa şəhərində ən azı 15 milli fəal yolda həbs edilib.
Bölgədəki hüquq müdafiəçilərinin sosial şəbəkələrdə yaydığı məlumatlara görə, milli fəallar iki aydan çox müddətə Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasında saxlanılan Yürüş Mehrəlibəylinin ailəsi ilə görüşmək üçün Culfaya gedərkən yanvarın 12-də Təbriz-Mərənd yolunda saxlanılıblar.
Hamid Yaganəpur, Davud Əzimzadə, Muxtar İbrahimi, Bəhlul Qənbəri, Yunis Zareiyun, Siyamək Kuşi, İbrahim Asmani, Seyyid Məhəmmədrza Müvəhhid, Kərim İsmayılzadə, Həbib Nigəhban, Möhsün Gənci, Yaşar Kərimi, Əhməd Ağayi, Ruhullah Əhmədinejad və Əsgər Fuladvənd təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmiş milli fəallardır.
Milli fəallar Təbrizin Azərbaycan meydanı, Sufian yolu və Colfanın Şüca kəndinin girişində həbs edilib.
Bununla belə, həbslərin sayının artacağı güman edilir. Həbs edilən milli fəalların saxlanma səbəbi, onlara qarşı irəli sürülən ittihamlar və hara aparıldıqları barədə məlumat yoxdur.
İran Azərbaycanının xəbərlərini yayımlayan Telegram kanalları Təbriz-Mərənd yolunun bir dəqiqədən çox müddətdə 10-dan çox polis maşınının yolda dayandığının göründüyü video-görüntü yayıb. Həmin polis qüvvələri arasında mülki güyimli təhlükəsizlik qüvvələrinin olduğu ehtimal olunur.
Həmçinin Yürüş Mehrəlibəylinin Culfa şəhərinin Şüca kəndində olan atası evinin ətrafına xeyli sayda təhlükəsizlik qüvvələri yerləşdirildiyi bildirilir.
Yürüş Mehrəlibəyli ötən il noyabrın 7-də avtomobil təmiri sexinə getdiyi zaman təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib, daha sonra Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasına aparılıb. O, 67 gündür ki, təcridxanada dindirilir və qardaşı Yılmazın sözlərinə görə, bu müddət ərzində ailəsi ilə yalnız bir dəfə çox qısa telefon danışığına icazə verilib. O, vəkil tutmaq hüququndan məhrum edilib.