Accessibility links

Təbriz kəşfiyyat şöbəsində saxlanılan Yürüş Mehrəlibəylinin ailəsi həftələrdir ondan xəbərsizdir


Yürüş Mehrəlibəyli, siyasi fəal
Yürüş Mehrəlibəyli, siyasi fəal

Siyasi fəal Yürüş Mehrəlibəyli noyabrın 7-də Şərqi Azərbaycan vilayətinin Culfa şəhərində nəzarət altına alındıqdan təqribən bir həftə sonra həyat yoldaşına zəng etmişdi. Ailəsinin o tarixdən bəri siyasi fəalla heç bir təması olmayıb.

Fəalın qardaşı Yılmaz Mehrəlibəylinin Amerikanın Səsininə verdiyi məlumata əsasən, bu günə qədər Yürüş Mehrəlibəylinin ailəsinə onun tam olaraq harada saxlanıldığı, üzləşdiyi ittihamlar və səhhəti ilə ilə bağlı heç bir məlumat verilməyib.

“Tutulduqdan 6 gün sonra zəng edib və sadəcə dedi ki, ‘buradayam’. Biz ‘buradayam’ dediyində təxmin etdik ki, Təbrizdə kəşfiyyat şöbəsindədir. Sonra o dostlar ki, oradan azadlığa buraxıldılar, bilmişdilər ki, Yürüş orada,” siyasi məhbusun qardaşı söyləyib.

Onun sözlərinə görə, bir neçə dəfə məhkəmə qurumuna müraciət ailə üzvləri məsullardan heç bir cavab ala bilməyib.

“O tarixdən bəri heç bir xəbərimiz yoxdur. 3 dəfə məhkəmə qurumuna getmişik. Amma deyiblər ki, hələ gedin, onlar iki-üç ay buradadırlar” - deyə, Yılmaz Mehrəlibəyli bildirib.

Sentyabr ayında Təbrizdə saxlanılan türk fəallar Əli Babayi, Cavad Sudbər, Davud Şiri, Araz İbrahimnejad, Seyyid Məhəmmədrza Müvəhhid, Murtuz Nurməhəmmədi Nadarlı, Əmirhüseyn Ağayi, Mehrdad Qadiri, Hüseyn Azadi, İbrahim Əvəzzadə və Nasir Rəzmcunun nəzarət müddəti bir neçə dəfə uzadılıb. Bu fəalların çoxu keçən həftələrdə müvəqqəti olaraq sərbəst buraxılıb. Əli Babayi və Cavad Sudbər, eləcə də daha sonra saxlanılan Yürüş Mehrəlibəylinin həbsi davam edir.

Müvəqqəti azadlığa buraxılan bəzi fəallar nəzarət müddətində mənəvi və fiziki işgəncələrə məruz qaldıqlarını ifadə ediblər.

Forum

XS
SM
MD
LG