Bir müddət əvvəl sosial mediada Urmiyə gölünün üstündən çəkilmiş peyk görüntüləri yayılıb, buludların Qərbi Azərbaycan vilayətində Urmiyə gölünə yaxınlaşdıqdan sonra yoxa çıxdığı göstərilir.
Bu video sosial mediada istifadəçilər arasında müxtəlif iddialar, o cümlədən bir xarici ölkə tərəfindən HAARP (Yüksəktezlikli Aktiv Qütb İşıqları Tədqiqatlar Proqramı) sistemindən istifadə edilməsinə dair şayiələr yayılıb.
Əli Səlaciqə İbrahim Rəisi hökumətində Ətraf Mühitin Mühafizəsi Təşkilatının rəhbəridir. O, sosial media platformalarında yayımlanan bu video və yayılan şayiələrlə bağlı mətbuata açıqlama verib.
"Ölkənin İqlim Dəyişiklikləri üzrə Milli Qurumu və ölkənin Ətraf Mühitin Tədqiqat İnstitutuna iki həftəlik müddətdə bütün məsul qurumlarla iclaslar təşkil edərək, iqlim dəyişikliyi və baş verən hadisələri araşdırması və cavablandırması üçün tapşırıq verdik." -deyə rəsmi ifadə edib.
Sosial media platformalarında istifadəçilər arasında həmçinin böyük hissəsi qurumuş Urmiyə gölündən "metan qazının xaric olması" və onun buludlara təsiri ilə bağlı iddialar da yayılıb. Həmin iddialarla bağlı açıqlama verən Əli Səlaciqə bu barədə araşdırmaların aparılacağını vəd edib.
İran Ətraf Mühitin Mühafizəsi Təşkilatının rəhbəri deyib ki, "Əgər Urmiyə gölünün üstünə atmosfer cəbhəsi girib yoxa çıxırsa, bunun səbəbi doğrudan da orada yaranan metan qazından asılıdır mı, yoxsa atmosferin yuxarı hissəsində baş verən temperaturun artmasından mı, bunlar elmi cəhətdən araşdırılmalıdır."
Etemad qəzetinin Urmiyə gölü ilə bağlı yayımladığı son məqaləsində göl suyunun 4%-nin qaldığını və su səviyyəsinin sadəcə 170 kvadrat kilometrə çatdığını bildirmişdi.