Azərbaycanlı idmançı və milli fəal Kərim İsmayılzadə Təbriz İnqilab Məhkəməsinin 1 saylı şöbəsinə çağırılıb.
Bölgədəki hüquq müdafiəçilərinin yaydığı məlumata görə, ədliyyə orqanlarının elektron məlumatlandırma sistemi ona dekabrın 20-də məhkəmə iclasında iştirak etməsi üçün bildiriş göndərib.
Milli fəal İsmayılzadəyə "ölkənin daxili/xarici təhlükəsizliyinə qarşı cinayət törətmək üçün toplaşmaq və əlbir olmaq" və "İran İslam Respublikasına qarşı təbliğat fəaliyyəti göstərmək" ittihamları irəli sürülüb.
O, avqustun 27-də Urmiyə gölünün quruması ilə bağlı tənqidləri və etirazları ilə bağlı həbs edilib və sentyabrın 28-də 600 milyon tümənlik girov müqabilində Təbriz Mərkəzi Həbsxanasından müvəqqəti olaraq məhkəmənin son qərarına qədər azadlığa buraxılmışdı.
SEE ALSO: Milli fəal Kərim İsmayılzadə zəmanət qarşılığında sərbəst buraxılıbİsmayılzadə son aylarda Urmiyə gölünün ağır vəziyyəti ilə bağlı ictimaiyyəti maarifləndirmək üçün fəaliyyət göstəriridi. O, sosial media platformalarında dəfələrlə gölün quru yatağının qarşısında yaranmış acınacaqlı vəziyyətlə bağlı videolar yayımlayıb və səlahiyyətlilərdən gölün canlandırılması üçün təsirli tədbirlərin görülməsini istəmişdi.
Kərim İsmayılzadə daha öncə də apardığı dinc fəaliyyətlərdən dolayı təhlükəsizlik qüvvələri tərəfindən müxtəlif təzyiqlərə o cümlədən işgəncə və həbslərə məruz qalıb.