Accessibility links

Traktor oyununda həbs edilən milli fəallara qarşı müxtəlif ittihamlar irəli sürülüb


Traktor futbol komandası oyununda həbs edilən milli fəallar
Traktor futbol komandası oyununda həbs edilən milli fəallar

Təbriz İnqilab Məhkəməsi, Traktor oyununda həbs edilən 7 milli fəala qarşı müxtəlif ittihamlar irəli sürüb.

Bölgədəki hüquq müdafiəçilərinin sosial medida yaydıqları məlumata görə, avqust ayında Təbrizdə stadiona daxil olarkən milli fəallar Kərim İsmayılzadə, Abdullah Ənsari, Ariyən Yeganə, Hüseyn Fərəcpur, Behzad Abbaspur, Mehdi Nəsirzadə və İbrahim Rzayi təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi.

Onlara "İran İslam Respublikası əleyhinə təbliğat fəaliyyəti aparmaq", "ictimai asayişi pozmaq" və "daxili/xarici təhlükəsizliyə qarşı cinayət törətmək məqsədilə əlbir olmaq" kimi ittihaar irəli sürülüb.

Bu fəalların oktyabrın 21-də Təbriz İnqilab Məhkəməsində keçirilməli olan məhkəmə iclası şöbənin prokuror köməkçisi iştirak etmədiyi üçün təxirə salınıb.

Həmin milli fəallara göndərilən məhkəmə bildirişində, onlara qarşı irəli sürülən ittihamlar qeyd olunub.

Avqust ayında Təbrizin Səhənd stadionunda "Traktor" və "Persepolis" komandaları arasında keçirilən futbol matçında 4 milli fəal Abdullah Ənsari, Kərim İsmayılzadə, Mehdi Nəsirzadə və İbrahim Rzayinin təhlükəsizlik qüvvələri tərəfindən həbs edildiyi barədə məlumat yayılmışdı.

Forum

XS
SM
MD
LG