Avqustun 22-də Təbrizdə Traktor və Əl-Şarca futbol komandaları arasında keçirilən oyunda iki Traktor azarkeşi təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin məlumatına görə, Traktor komandasının azarkeşlərindən olan Məhəmmədrza Məhərrəmi stadiona daxil olarkən təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq naməlum yerə aparılıb. Həmçinin, dərc edilmiş xəbərlər göstərir ki, digər Traktor azarkeşi Ümid Mustafazadə də həbs edildikdən sonra Təbriz Mərkəzi Həbsxanasına köçürülüb.
Bölgədəki hüquq müdafiəçilərinin sosial mediada yaydıqları məlumata görə, bu şəxslər stadiona daxil olarkən Urmiyə gölünün quruması ilə bağlı xəbərdarlıq mahiyyəti daşıyan simvollar götürdükləri üçün həbs ediliblər.
Avqustun 22-də Təbrizdə Traktor və Əl-Şarja komandaları arasında keçirilən oyunda Traktor komandasının azarkeşləri dəstək verdikləri komandanı alqışlamaqla yanaşı, İranda yaşayan türklərin hüquqları üçün siyasi şüarlar səsləndiriblər. "Azadlıq, ədalət, milli hökumət", “Türk dilində mədrəsə, olmaldır hərkəsə”, “Urmu gölü can verir, məclis onun qətlinə fərman verir” şüarları bu oyunda verilən şüarlar arasında idi.
Bu matçda qadınların da stadiona çox məhdud şəkildə daxil olmasına icazə verilib, lakin məhdudiyyət səbəbindən bir çox qadın azarkeşlər stadiona buraxılmayıb.
Bu futbol oyunu Traktor komandasının məğlubiyyəti ilə başa çatıb.
Forum