Zəncanlı bloger Məhəmməd Müini 3 aylıq həbs müqabilində cərimə ödəməyə məhkum edilib.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumata görə, Məhəmməd Müini Zəncan İnqilab Məhkəməsinin ikinci şöbəsi tərəfindən çıxarılan və blogerə təqdim edilən hökmə əsasən, o, "sistemə qarşı təbliğat fəaliyyəti aparmaq" ittihamı ilə 91 gün həbs cəzasına məhkum edilib. Lakin məhkəmə vərəqəsində qeyd olunduğu kimi, həmin həbs cəzası 3 milyon tümən cərimə ilə əvəz edilib.
Müini sentyabrın 16-da Zəncan şəhərindəki evində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və sorğu-suala çəkiləndən sonra ertəsi gün sərbəst buraxılıb.
Oktyabrın 18-də Zəncan Ümumi və İnqilab Məhkəməsində onun məhkəmə iclsası keçirilib.
SEE ALSO: Zəncanda bloger Məhəmməd Muini bir günlük həbsdən sonra sərbəst buraxılıbBu il, 2022-ci ildə ölkədə Məhsa Əmininin polis nəzarətində həyatını itirməsi nəticəsində baş qaldıran kütləvi etirazların başlamasının ildönümündə İslam Respublikasının təhlükəsizlik qüvvələri çoxlu sayda ictimai fəal və tənqidçini həbs edib. Həmçinin, bir çox siyasi fəallar və tənqidçilər təhlükəsizlik qüvvələri tərəfindən təzyiq və təhdidlərə məruz qalıblar.
Məhəmməd Müini təqribən 20 ildir fəaliyyət göstərən "Möhürlü sirlər" adlı bloqun müəllifidir.