Accessibility links

Zəncanlı qadın haqları fəalı Azita İskəndəriyun 4 milyon tümən cərimə cəzası alıb


Zəncanlı qadın fəalı Azita İskəndəriyun
Zəncanlı qadın fəalı Azita İskəndəriyun

Zəncan İnqilab Məhkəməsi qadın haqları fəalı Azita İskəndəriyunu dörd milyon tümən cərimə ödəməyə məhkum edib.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı xəbərə görə, bu cəza onun 91 günlük həbs cəzası ilə əvəz edilib.

Zəncanlı qadın haqları fəalı məhkəmədə “İran İslam Respublikası əleyhinə təbliğat fəaliyyəti aparmaq ” ittihamı əsasında günahkar tanınıb.

Bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərinin yaydığı məlumata görə, məhkəmə İskəndəriyunun əvvəllər cinayət törətmədiyi və təqsirləndirilən şəxsin gənc olması kimi səbəblərə əsaslanaraq, həbs cəzasını cərimə ilə əvəz edib.

Azita İskəndəriyun avqust ayının 13-də Zəncan Ümumi və İnqilab Məhkəməsinin 2 saylı prokurorluğu şöbəsinə müdafiəsini təqdim edib və mülki zəmanət qarşılığında məhkəmənin son qərarına qədər müvəqqəti olaraq sərbəst buraxılmışdı.

İranda təhlükəsizlik qüvvələri və ədliyyə orqanları ictimai fəalların və qadın hüquqları müdafiəçilərini dinc fəaliyyətləri və sosial mediada paylaşdıqları tənqidi şərhlərini sistemə qarşı təbliğat fəaliyyəti adı ilə suçlayaraq həbs edir.

Forum

XS
SM
MD
LG