Accessibility links

Səfiyə Qarabaği Zəncan prokurorluğunda sorğu-sual edilib


Səfiyə Qarabaği
Səfiyə Qarabaği

Zəncanda yaşayan feminist və mədəni fəal Səfiyə Qarabaği bazar günü Zəncan prokurorluğunda sorğu-sual edilib.

Fəalın öz İnstagram səhifəsində paylaşdığı məlumata əsasən, o, Zəncan prokurorluğunun 9-cu şöbəsində özünü ittihamlara qarşı müdafiə edib.

Səfiyə Qarabağı Zəncan kəşfiyyat şöbəsinin şikayəti ilə "nizama qarşı təbliğat fəaliyyəti" göstərmək ittihamı ilə üzləşib.

O, İnstagram səhifəsində yazıb ki, "prokurorluq iclası Zəncan kəşfiyyat idarəsinin İnstagramda paylaşdığım məzmunlar və nizama qarşı fəaliyyət ittihamı ilə bağlı idi. Prokuror paylaşımların məzmunu ilə bağlı suallar soruşdu. Mən asfalt vəziyyəti, su basan küçələr və şəhər məsullarının fəaliyyətləri, eləcə də mədəni fəalların həbsi və şagirdlərin zəhərlənməsinə dair etirazlarımla bağlı özümü müdafiə etdim."

İllərdir İran Azərbaycanında gender bərabərliyi, türk dil haqları, erkən nikah problemi, ətraf mühit məsələsi və siyasi məhbusları müdafiəsi üzrə fəaliyyət göstərən Səfiyə Qarabaği bundan əvvəl də fəaliyyətləri səbəbilə həbs, sorğu-sual və mühakiməyə məruz qalıb.

Forum

XS
SM
MD
LG