Oktyabrın 23-də Tehranda İran, Rusiya, Türkiyə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Cənubi Qafqaz üzrə “3+3” formatında ikinci görüşü keçiriləcək.
Bu barədə İRNA agentliyi məlumat yayıb.
“3+3” formatında keçiriləcək ikinci görüşdə iştirakçılar Cənubi Qafqazdakı vəziyyəti, siyasət, iqtisadiyyat, təhlükəsizlik, tranzit və enerji sahələrində regional əməkdaşlığın genişləndirilməsi səylərini müzakirə edəcəklər. 3+3 formatıının əsas məqsədi qərb dövlətlərinin iştirakı olmadan region ölkələrinin iştirakı ilə regional problemlərin həlli hesab olunur”, məlumatda deyilir.
İRNA bildirir ki, bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyevin təklifi ilə Ermənistanın baş naziri Nikol Paşinyan “3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Türkiyə, Rusiya) görüşün keçirilməsinə razılıq verib.
“3+3” formatında ilk iclas 2021-ci ildə Gürcüstanın iştirakı olmadan xarici işlər nazirlərinin müavinləri səviyyəsində Moskvada keçirilib.