İran rejiminin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən mərhum Cavad Heydərinin üç ailə üzvü Qəzvin həbsxanasından müvəqqəti olaraq azad edilib.
Ötən il ümummilli etirazlar fonunda Qəzvində öldürülən Cavad Heydərinin atası və qardaşları Əlipənah, Ruhullah və Murtaza Heydəri, onun vəfatının ildönümü mərasimində Qəzvin vilayətinin Rəhmətabad kəndində həbs edilərək Çubindər həbsxanasına köçürülmüşdü.
Cavadın bacısı Fatimə Heydəri X hesabında qardaşı Ruhullah və atası Əlipənahın sentyabrın 30-da müvəqqəti olaraq azad edildiyini bildirib.
Bundan əvvəl bu ailənin digər həbs olunmuş üzvü Murtaza Heydəri sentyabrın 28-də Qəzvin vilayətindəki Çubindər həbsxanasından girov müqabilində və elektron qandalla müvəqqəti olaraq azadlığa buraxılmışdı.
Mərhum Cavad Heydərinin ailəsi onun ölüm ildönümü ərəfəsində Qəzvinin Rəhmətabad kəndində mərasim keçirməyi planlaşdırsalar da, təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində mərasimin keçirilməsi əngəllənib.
SEE ALSO: Cavad Heydəri ailəsinin 3 üzvü həbsxanaya köçürülübFatimə Heydərinin X hesabından yaydığı video-görüntülərdə çox sayda repressiv qüvvənin mərasimə müdaxilə etdiyi və qarşıdurma nəticəsində ailə üzvlərinin xəsarət alıdığı müşahidə olunur. Fatimə Heydərinin paylaşdığı məlumata görə, qardaşı Murtaza həbsdə ikən aclıq aksiyası keçirib.
Bu vətəndaşlara qarşı irəli sürülən ittihamlar barədə hələ ki, məlumat yoxdur.
Qəzvin vilayətinin siyasi müavini mərhum Cavad Heydərinin ailəsinin döyülməsinin həqiqətə uyğun olmadığını iddia edərək, bütün hadisələri təkzib etmişdi.
Bəzi təsdiqlənməmiş məlumatlara görə, İran İslam Respublikasının təhlükəsizlik qüvvələri ötən ilki ümummilli etirazlar fonunda öldürülən etirazçıların ailələrini hədələyərək, ölüm ildönümünün qeyd edilməsinə mane olub.
SEE ALSO: Qəzvində etiraz aksiyaları fonunda öldürülən Cavad Heydərinin ailəsinə hücum edildiyi deyilirQəzvin vilayətinin türk vətəndaşlarından olan 36 yaşlı Cavad Heydəri keçən il sentyabrın 22-də həmin şəhərin "Millət" parkı önündə keçirilən etirazlar zamanı təhlükəsizlik qüvvələri tərəfindən kürəyindən güllə yarası alaraq həyatını itirib.
Onun dəfn icazəsi vərəqəsininin surətində ölüm səbəbi kimi “ağır daxili qanaxma", "sol qalça arteriyasının qırılması" və "yüksək sürətli metal mərmi ilə vurulması” qeyd edilib.
Qəzvin etirazlarında Cavad Heydərinin ölümündən sonra mərhumun ailə üzvləri təhlükəsizlik qurumları tərəfindən dəfələrlə təhdid edilərək, həbs edilib və barələrində məhkəmə işi qaldırılıb.