Accessibility links

Cavad Heydəri ailəsinin 3 üzvü həbsxanaya köçürülüb


Qəzvinin Rəhmətabad kəndi, İran hökumətinin repressiv qüvvələri
Qəzvinin Rəhmətabad kəndi, İran hökumətinin repressiv qüvvələri

Ötən il ümummilli etirazlarda Qəzvində öldürülən Cavad Heydərinin atası və qardaşları Əlipənah, Ruhullah və Mürtaza Heydəri Qəzvində həbs edilərək Çubindər həbsxanasına köçürülüb.

Bu xəbəri mərhum Cavad Heydərinin bacısı Fatimə Heydəri sosial şəbəkə hesabında açıqlayıb.

“Şəkər xəstəsi olan qardaşım Murtazanın aclıq aksiyasından üç gün keçib, həyatı təhlükədədir." - deyə o qeyd edib. Fatimə Heydəri həmçinin anasının xəstə olub, təzyiq altında olduğunu və sağlamlıq vəziyyəti haqqında narahatlığını ifadə edib.

Fatimə Heydəri sentyabrın 21-də Qəzvin vilayətinin Rəhmətabad kəndindən bir neçə video və foto paylaşaraq, İslam Respublikasının repressiv qüvvələrinin onun ailəsinin yaşadığı kənddə qardaşının ölümünün ildönümü mərasiminə hücum etdiyini və ailə üzvlərini döydüyünü iddia edib.

Heydəri ailəsinin 3 üzvü həmin gün təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Hazırda Heydəri ailəsinin 3 üzvünün Qəzvinin Çubindər Həbsxanasına köçürüldüyü bildirilir.

Bəzi təsdiqlənməmiş məlumatlara görə, İran İslam Respublikasının təhlükəsizlik qüvvələri ötən ilki ümummilli etirazlar fonunda öldürülən etirazçıların ölüm ildönümünün qeyd edilməsinə mane olur. Təhlükəsizlik qüvvələri ötənilki kütləvi etirazlarda həyatını itirənlərin ailələrini ildönümünü qeyd etməmək üçün təhdid edir.

Heydəri ailəsinin həbs edilən üzvlərinə qarşı irəli sürülən ittihamlar barədə məlumat yoxdur.

Qəzvin vilayətinin türk vətəndaşlarından olan 36 yaşlı Cavad Heydəri keçən il sentyabrın 22-də həmin şəhərin "Millət" parkı önündə keçirilən etirazlar zamanı təhlükəsizlik qüvvələri tərəfindən kürəyindən güllə yarası alaraq həyatını itirib.

Onun dəfn icazəsi vərəqəsininin surətində ölüm səbəbi kimi “ağır daxili qanaxma", "sol qalça arteriyasının qırılması" və "yüksək sürətli metal mərmi ilə vurulması” qeyd edilib.

Forum

XS
SM
MD
LG