Urmiyə əhalisi Urmiyə gölü ətrafında insan zənciri təşkil edib

Urmiyə gölündə insan zənciri

Urmiyə əhalisi Urmiyə gölünün quruması fəlakətinə ictimaiyyətin diqqətini cəlb etmək üçün simvolik mərasimə keçirib.

Sentyabrın 22-də mərasim bir qrup vətəndaşın və ailə üzvlərinin iştirakı ilə Kazım Xan Daşi qalası ətrafında keçirilib.

Mərasim insan zənciri qopuz musiqisi, şeir oxunması və yağış duası ilə müşayiət olunub.

Həmçinin bu mərasimdə Urmiyə gölünün xilası üçün türklərin və Azərbaycan xalqının qədim mərasimlərindən olan Çömçə xatın mərasimi uşaqların və gənclərin iştirakı ilə keçirilib.

Qədim dövrlərdə "Çömça xatın" su ilahəsi kimi qəbul edilirdi. Urmiyə gölünün vəziyyəti barədə ictimaiyyəti maarifləndirmə məqsdilə keçirilən bu simvolik mərasim tanrıdan yağış istəmə mərasimi olaraq keçirilib.

İran mediası Urmiya gölünün "şoranlığa çevrildiyini" və bölgə vətəndaşlarının qeyri-adi hadisələrlə üzləşdiyi bardə məlumat verib.

Bir həftə əvvəl İran mediasında "Urmiyə gölü sözün əsl mənasında öldü!" başlıqda xəbərlər dərc ediblər. Həmin xəbərdə Urmiya gölünün tamamilə quruyub şoranlığa çevrildiyi qeyd edilib.

Bu xəbərlərə görə, Urmiyə gölündən toz-duz səpələnməsi nəticəsində, Urmiyə şəhərində insanların evləri və yaşayış mühitləri daima toz-torpaq altındadır.

Urmiyə gölünün quruması bu bölgənin iqliminə və insanların həyatına ciddi təsir göstərir və hazırda gölün quruması nəticəsində yaranmış şoranlıq təkcə ekoloji problemlər yaratmayıb, həm də bölgə əhalisinin gündəlik həyatına və sağlığına ciddi təhlükə təşkil edib.