Ərdəbildə təkadamlıq piket keçirən vətəndaşın həbsdən sonra müvəqqəti olaraq sərbəst buraxıldığı bildirilir.
Sosial mediada yayımlanan bəzi xəbərlərə görə, Ərdəbildə tək başına etiraz edən vətəndaşın adının Puya Vaiz Sultani olduğu və sentyabrın 18-də 500 milyon tümən girov müqabilində müvəqqəti olaraq sərbəst buraxıldığı bildirilir.
Sentyabrın 16-da Ərdəbil küçələrinin birində keçən il etirazlar fonunda repressiv qüvvələri tərəfindən öldürülən gənc Əsra Pənahi və Nika Şakərəminin adları dərc olunmuşdu. Etirazçı vətəndaşın nümayiş etdirdiyi plakatda həmçinin Məhsa Əmininin də adı qeyd olunmuşdu.
2022-ci ilin oktyabrında Ərdəbilin Şahid liseyinin şagirdi Əsra Pənahi dövlət məmurlarının hücumuna məruz qalıb və həyatın itirib. Bu insidentlə yanaşı, etirazlarda bir neçə nəfər də həlak olub. Əsra Pənahinin ölümündən sonra Ərdəbildə etiraz aksiyaları keçirilmişdi.
Son günlər İranın müxtəlif şəhərlərində Urmiya gölü üçün keçirilən etiraz kampaniyaları və 2022-ci ilin sentyabrında İranda baş verən etirazların ildönümü ilə əlaqədar mədəni və siyasi fəallara təzyiqlər artıb.