İran Azərbaycanı Zəncan vilayətində qız uşaqları üçün Fatma (Fatimə), oğlan uşaqları üçünsə Ayhan adı əhali arasında ən populyar adlardır.
Rəsmi dövlət agentliyi IRNA bu barədə İranın vətəndaşlıq qeydiyyatının Zəncan baş idarəsinə istinadən məlumat yayıb.
"Əldəki statistik məlumatlarda vilayətimizdə oğlan və qız uşaqlarına ad seçimində Ayhan və Fatma adlarının ən populyar adlar olduğu görünür," Zəncan vilayətində vətəndaşlıq qeydiyyatı baş idarəsinin rəisi Mehdi Jaləçiyan açıqlayıb.
Jaləçiyanın sözlərinə görə, "keçən 5 ay içərisində vilayətdə dünyaya gələn oğlan uşaqlarına Ən çox Ayhan və ondan sonra Əmir Abbas, Əmir Əli, Hüseyn və Əmir Hüseyn adları verilib."
İRNA-ya istinadən, 1402-ci Hicri ilinin ilk 5 ayında Zəncan vilayətində 5 min 701 körpə doğulub.
Son illərdə İranda türklərin yaşadığı müxtəlif vilayətlərdə uşaqlarına türk adı seçən ailələrin sayının artdığı müşahidə edilir. Ailələr övladlarına xüsusilə Türkiyədə populyar olan adları verməyə üstünlük verirlər.
SEE ALSO: Şərqi Azərbaycan vilayətində qeydiyyat şöbəsi Hunay adlı uşağa şəxsiyyət vəsiqəsi vermirİran Azərbaycanı və Tehranda aylar və hətta illərdir uşaqlarına seçdikləri türkcə ad ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailələr səslərini sosial media vasitəsilə eşitdirməyə çalışır. Bundan əvvəl sosial mediada İran rəsmilərinin Alp Orhan, Sevgi, Yağış, Oğuz Kaan, Onur, Alparslan, Atakan, Ayıl, Hakan, Anar, Türkay, Tarkan və Volkan kimi adlara şəxsiyyət vəsiqəsi vermədiklərinə dair məlumat yayılıb. Bu adlardan bəziləri ailələrin dəfələrlə qeydiyyat idarələri və ya məhkəməyə müraciətləri nəticəsində qeydiyyatdan keçib.
SEE ALSO: İran rəsmiləri 2 il sonra Tarkan adlı uşağa şəxsiyyət vəsiqəsi verilməsini qəbul edibMüxtəlif şəhərlərdə vətəndaşlıq qeydiyyatı idarələri ailələrin seçdiyi adların adətən İran və ya İslam mənşəli olmadığı, əcnəbi olduğu və ya siyahıda olmadığını önə çəkərək şəxsiyyət vəsiqəsi verməkdən imtina edirlər.