İranda təqaüdçülər etiraz aksiyası keçiriblər

Ərdəbilli təqaüdçülər Milli Pensiya Fondunun binasının qarşısında etiraz aksiyası keçirib.

İranın bir sıra digər şəhərləri ilə birlikdə İran Azərbaycanının Ərdəbil və Qəzvin şəhərlərində təqaüdçülər etiraz aksiyası keçiriblər.

Müəllimlər Həmkarlar İttifaqının Koordinasiya Şurasının Telegram kanalında dərc olunan xəbərə görə, bu gün iyulun 25-də İranın müxtəlif şəhərlərində təqaüdçülərin etiraz aksiyaları olub.

Ərdəbil, Qəzvin, Kərəc, Kirmanşah, Yəzd, Sənəndəc və Şiraz şəhərlərində təqaüdçülər Valilik binaları və Milli Pensiya Fondunun binası qarşısında etiraz aksiyaları keçiriblər.

Qəzvinli təqaüdçülər Milli Pensiya Fondunun binasının qarşısında etiraz aksiyası keçirib

Təqaüdşülər tələblərinin yerinə yetirilməməsinə, o cümlədən maaşların bərabərləşdirilməsinin həyata keçirilməməsinə, maaşlarının inflyasiyaya uyğun aartırılmaması və eləcə də, sağlamlıq sığorta problemlərinin həll olunmamasına etiraz olaraq aksiyalar təşkil ediblər.

“Təqaüdçü ayrı-seçkiliyə qarşı ayağa qalx”, “Ləyaqətsiz məsullara ar olsun" və “İnqilabçı hökümətə ar olsun” kimi şüarlar təqaüdçülərin bugünkü etiraz aksiyalarında səsləndirdiyi şüarlar arasında olub.