Accessibility links

Ərdəbil, Culfa və Həmədanda müəllimlər aksiya keçirib


Culfa, Şərqi Azərbaycan vilayəti - 9 may 2023
Culfa, Şərqi Azərbaycan vilayəti - 9 may 2023

May ayının 9-da İran Azərbaycanı daxil olmaqla, İranın müxtəlif vilayətlərində çox sayda təqaüdçü və çalışan müəllim piket və yürüş təşkil ediblər.

Sosial şəbəkələrdə paylaşılan görüntülər və xəbərlərə əsasən, Ərdəbil, Culfa, Həmədan, Takistan, Qəzvin və Ərak kimi şəhərlərdə çox sayda müəllim etiraz aksiyalarına qatılıb.

Bəzi sosial media hesabları bir neçə şəhərdə aksiya keçirən təqaüdçü müəllimlər ilə polis qüvvələri arasında toqquşma olduğuna dair məlumat və görüntü yayıblar.

Hüquq-müdafiə və əmək qruplarının yaydığı məlumata görə, təqaüdçü müəllimlər "maaşların bərabərləşdirilməsi" layihəsinin tətbiqi və layihədə islahat aparılması, tibbi sığorta və digər sığorta hüquqlarının yerinə yetirilməsi, bərbad məişət vəziyyətlərinə diqqət yetirilməsi və maaşlarının artırılması kimi tələblərini gündəmə gətirirlər.

Sosial şəbəkələrdə paylaşılan bir videoda Ərdəbildəki mitinqə qatılan bir təqaüdçü müəllimin maaşının həyat xərclərinə yetmədiyindən şikayət etdiyi görünür.

"Mənim ədəbiyyat üzrə magistr dərəcəm var. 31 il işlədim. Müharibə qazisiyəm. Mən xahiş edirəm ki, bank kartımı verim vali, icra başçısı və cümə imamına, görüm neçə gün yaşaya bilərlər... Nə qədər yalandan alnımızı dağlayaq və deyək ki, İslam İnqilabı belə gəldi elə getdi? İnqilabın çörəyini yeyib xalqın kökünü baltalayırlar" - deyə, müəllim bildirib.

XS
SM
MD
LG