Accessibility links

Ərdəbildə pensiya fondu şöbəsinin önündə aksiya keçirilib


Ərdəbil - təqaüdçülərin mitingi
Ərdəbil - təqaüdçülərin mitingi

Ərdəbil vilayətində sosial təminat təşkilatının təqaüdçüləri, habelə bəzi təqaüdçü müəllimlər vilayətin mərkəzi Ərdəbil şəhərində aksiya təşkil ediblər.

Abbas Lisani adlı Telegram kanalının paylaşdığı məlumat və görüntülərə əsasən, təqaüdçülər və bəzi əmək hüquqları fəalları iyun ayının 27-də pensiya fondu şöbəsinin önündə toplaşıblar.

Aksiya iştirakçıları üzərlərində "heç bir millət bu qədər ədalətsizlik görmədi", "həbsdəki müəllimlər sərbəst buraxılmalı" və "təqaüdçü, haqqını səsləndir!" kimi cümlələrin yazıldığı plakatlar nümayiş etdiriblər.

Telegram kanalının paylaşdığı videolarda bəzi həmkarlar ittifaqı fəallarının təqaüdçülərin problemləri və tələbləri haqqında danışdığı görünür. Fəallardan biri təqaüdçülər ilə əlaqədar qərarları "köləlik" qaydaları kimi dəyərləndirib.

İranda müxtəlif sektorlardan təqaüdə ayrılmış vətəndaşlar aylardır ki, ölkənin bir çox vilayətində piket və yürüşlər keçirməyə davam edirlər.

Hüquq-müdafiə və əmək qruplarının yaydığı məlumata görə, təqaüdçülər "maaşların bərabərləşdirilməsi" layihəsinin tətbiqi və layihədə islahat aparılması, tibbi sığorta və digər sığorta hüquqlarının yerinə yetirilməsi, bərbad məişət vəziyyətlərinə diqqət yetirilməsi və pensiyaların həyat xərcləri və inflyasiya faizinə mütənasib artırılmasını kimi tələblərini gündəmə gətirirlər.

XS
SM
MD
LG