Accessibility links

İran Azərbaycanında telekommunikasiya təqaüdçüləri etiraz aksiyası keçirib


Təbrizdə telekominikasiya təqaüdçüləri aksiya keçirib
Təbrizdə telekominikasiya təqaüdçüləri aksiya keçirib

İranın digər şəhərləri ilə eyni vaxtda Təbriz, Urmiyə və Zəncan şəhərlərində təqaüdçülər etiraz aksiyaları keçirib.

İran Azərbaycanının bir neçə şəhərində telekommunikasiya şirkətinin təqaüdçüləri tələblərinin yerinə yetirilməməsinə etiraz olaraq telekommunikasiya idarəsinin binası qarşısında etiraz aksiyası keçiriblər.

Telekomminikasiya təqaüdçülərinin etiraz toplantıları İranın digər vilayətlərində, o cümlədən Hörmüzqan və Fars da keçirilib. Kürdüstan, Tehran, Xorasan Rəzəvi, Kirmanşah, Mazəndəran, İlam, İsfahan və Xuzistan vilayətlərindəki təqaüdçülər də bu idarənin binası önünə toplaşaraq əllərində plakatlar tutaraq şüarlar səsləndiriblər.

Zəncan Telekommunikasiya təqaüdçüləri etiraz edir
Zəncan Telekommunikasiya təqaüdçüləri etiraz edir

İranda Telekommunikasiya İdarəsinin təqaüdçüləri davamlı etiraz aksiyaları keçirmələrinə baxmayaraq, hələ də, hüquqlarından məhrumdurlar. Həmin təqaüdçülər dövlət tərəfindən verilən vədlərin yerinə yetirilmədiyi üçün bazar ertəsi günləri mütəmadi olaraq etiraz aksiyaları keçirirlər.

Ölkədəki ağır məişət şəraiti və təqaüdçülərin yetərsiz maaşları və sağlamlıq sığortası səbəbindən bu təbəqə İranda yüksək qiymətlər və inflyasiyadan ziyan çəkir.

XS
SM
MD
LG