Accessibility links

Ərdəbil, Qəzvin və Tehranda təqaüdçülər piket və yürüş keçirib


İran telekommunikasiya şirkətinin təqaüdçüləri may ayının 2-də Ərdəbil, Qəzvin, Ərak və Tehran daxil olmaqla müxtəlif vilayətlərdə aksiya və yürüş keçirməyə davam ediblər.

Yarı-rəsmi İLNA (Iranian Labour News Agency) agentliyi və əmək qrupları bu barədə məlumat yayıblar.

Sosial şəbəkələrdə paylaşılan videolarda müxtəlif şəhərlərdə toplaşan təqaüdçülərin şüarlar səsləndirdiyi və üzərində şüarlar yazıldığı plakatlar nümayiş etdirdiyi görünür.

Tehranda təqaüdçülər rabitə və informasiya texnologiyaları nazirliyinin yerləşdiyi küçədə yürüş təşkil ediblər. "İran İşçilərinin Azad Birliyi"nin Telegram kanalında yayılan videogörüntürlərdə nümayişçilərin "korrupsiya azalsa, problemlər çözülər" və "haqqımızı alanadək küçədə qalacağıq" kimi şüarlar səsləndirdiyi eşidilir.

Təqaüdçülər Tehranda nazirliyin yerləşdiyi küçədə, digər şəhərlərdə isə telekommunikasiya şöbələrinin önündə toplaşıblar.

Sosial mediada paylaşılan başqa bir videoda isə piket keçirən təqaüdçülər "biz ədalət görmədik, təkcə yalan eşitdik" şüarını səsləndirirlər.

İLNA-nın xəbərinə görə, təqaüdçülər sığorta hüquqlarının tam yerinə yetirilməsini və digər ödənilşlərini tələb edirlər.

XS
SM
MD
LG